Şəhid Mütəhhəri öz müxatəbini hidayət edirdi. Onlara düzgün düşüncə yolunda qəlbi hüzur, aramlıq və yəqinlik bəxş edirdi. Şəhid Mütəhhəri məsuliyyət hissi daşıyan biri idi, vəzifəsini yerinə yetirmək arxasınca idi və həqiqətən, boynuna düşən vəzifə ilə bağlı təşvişdə idi. O, heç zaman fəaliyyətsiz qalmadı.
Şəhid Mütəhhərinin çox mühüm və böyük xüsusiyyəti həm düşüncə istehsal etmək, həm də bu düşüncəni nəşr edib yaymaq idi. Düşününcə yaymaq çox mühümdür. Sakit oturmazdı, həmişə düşünməkdə idi, həmişə təşvişdə idi ki, düzgün, möhkəm və dərin düşüncəni öz dinləyiciləri arasında yaysın. Sözün həqiqi mənasında fikri mübarizə cihadını uzun illər ərzində o başlamışdı. Hücumların ən şiddətlisi ilə üzləşirdi, üz-üzə qalırdı və onlara qalib gəlirdi.