Şəhid Mütəhhəri adına Ali Mədrəsənin bir qrup müdir və ustadları bu gün 03.07.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei seçkilərdə iştirakın başucalığa səbəb olacağını bildirdi:
"Seçkilərdə xalqın iştirakı İslam hakimiyyətinə dəstək, abır və başıucalıq səbəbidir".
O Həzrət xalqın seçkilərdə iştirakının mühüm nailiyyətləri təmin edəcəyini qeyd etdi:
"Əgər xalq seçkilərdə daha yaxşı iştirak edərsə, İslam Respublikası hakimiyyəti həm ölkə daxilində və həm də ölkənin ümumi strateji xəttində öz sözünü, niyyət və məqsədlərini həyata keçirmək qüdrəti əldə edəcəkdir".
İnqilab Rəhbəri seçkilərdə səs verməyənlərin inqilaba müxalif olmadığını açıqladı:
"Seçkilərin birinci mərhələsində xalqın iştirakı gözlədiyimiz saydan daha az idi və bunun hansısa bir səbəbi vardır. Lakin açıq-aydın görünən məsələ budur ki, kimsə səs verməyən bu dəstənin hakimiyyətə müxalif olduğunu təsəvvür edərsə, çox səhvə yol vermiş olar".
"İnşallah, Allah xalqa prezident seçkilərində ən yaxşısını seçməyə tövfiq versin", - deyə o Həzrət qeyd etdi.