22/08/2025
Son hadisədə Ermənistanla Azərbaycan arasında baş verən məsələdə baxmaq lazımdır ki, bu addım İran üçün geosiyasi bir təcrid və basqı yarada bilər, yoxsa yox? Onlar özləri deyirlər ki, belə deyil, amma əgər belə bir təcrid olarsa, biz mütləq şəkildə qarşısını almalıyıq.
01/08/2025
İslam İnqilabının əvvəlindən indiyədək, İranda bu kimi hadisələr dəfələrlə baş vermişdir – səkkiz illik təcavüzkar müharibə, müxtəlif fitnələr: hərbi, siyasi, təhlükəsizlik sahəsində və çevriliş cəhdləri və bu kimi başqa olaylar. Son 45 il ərzində İran İslam Respublikası bu sahələrdə bütün düşmənləri üstələməyi bacarmışdır.
08/06/2025
Sionist rejim qəti İlahi hökmən əsasən dağılmaq üzrədir və inşallah, çox çəkməyəcək.
06/06/2025
Həzrət Ayətullah Xameneinin İmam Xomeyninin 36-cı ildönümündə etdiyi çıxışı. Bu çıxışda o Həzrət sionist rejimin aradan getmək üzrə olduğunu vurğuladı.
22/02/2025
İran Kəşfiyyat və Təhlükəsizlik naziri, müavinləri və nazirliyin yüksək rütbəli zabitləri çərşənbə günü 22.02.2025-ci il tarixdə İnqilab Rəhbəri ilə görüşdülər.
03/01/2025
İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD, yəni İraqın və Suriyanın əmniyyətini aradan aparmaq və regionu əmniyyətsiz hala gətirmək. Sonra da əsas nöqtəyə və son məqsədə, yəni İran İslam Cümhuriyyətinə gələrək onu əmniyyətsiz vəziyyətə gətirmək... Bu düşmənlərin tökdüyü planlar İran İslam Respublikasının böyük və bacarıqlı qüvvəsi tərəfindən təsirsiz hala gətirildi. Bu böyük qüvvənin simvol və bayraqdarı isə Hacı Qasim Süleymani adlı bir şəxs idi.
15/12/2024
İkinci səbəb də təhlükəsizlik məsələsi idi. Rəsmi məsullar çox tez və anında anladılar ki, bu əmniyyətsizliyin qarşısı regionda alınmasa, buraya qədər sirəyət edib böyük ölkəmizi büsbütün şəkildə əhatə edəcəkdir. İŞİD-in əmniyyətsizlik fitnəsi də sadə bir şey deyildi.
02/03/2024
İslam qadın üçün hicabı təyin etdi. Bu hicabın özü təhlükəsizlik vasitələrindəndir. Hicabla həm müsəlman qadın təhlükəsizlik əldə etmiş olur, həm də müsəlman kişilər. O yerdə ki hicabı qadından alırlar, o yerdə ki qadını üryan və soyunmağa sövq edirlər, birinci növbədə qadının, daha sonra isə kişilərin və cavanların əmniyyətləri alınacaqdır. Sağlam və təhlükəsiz bir mühitin olmağından, qadının cəmiyyətdə öz işini həyata keçirməyindən və kişinin də öz məsuliyyətlərini yerinə yetirməyindən ötrü İslam hicabı təyin etmişdir və bu hicab da İslamın gözəçarpan hökmlərindən biridir. Hicabın başqa faydaları da mövcuddur.