Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.
Quran tilavətini Quran tərcüməsi və təfsirinə doğru yönəldin ki, bu iş (Quranda) dərin təfəkkür etməyə səbəb olsun. Birinci iş Quranın tərcüməsidir. Həqiqətən, belə olmalıdır ki, ölkədə müxtəlif gənclər və yeniyetmələr cəmi arasında Quran ayəsi oxunarkən ayənin məzmununu hər kəs anlasın, ayələri əzbər bilib, bu ayələrdən yararlansınlar. Bu, ölkə və cəmiyyətin dini mərifətinin inkişaf səviyyəsinə kömək edir.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslam inqilabının qələbəsinin 45-ci ildönümü və Fəcr ongünlüyünün (10 gün sonra 11.02.1979-cu ildə İslam inqilabının qələbəsi ilə nəticələnən İmam Xomeyninin 15 illik sürgündən sonra İrana daxil olmasının ildönümünün) başlanması ərəfəsində çərşənbə günü səhər saatlarında İmam Xomeyni hərəmini və Şəhidlər xiyabanını ziyarət edib.
Həzrət Əba Abdullah Hüseynin (ə) əzadarlıq mərasiminin ilk gecəsi 24.07.2023-cü il tarixdə bazar ertəsi axşamı İslam İnqilabı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.a) hüseyniyyəsində keçirilib.
Qurana diqqətlə qulaq asmaq adi bir məşğuliyyət deyil. Hər gün Quran oxumağınız gərəklidir. Demirəm ki, məsələn, gündə bir cüz (20 səhifə), ya bir hizb (5 səhifə) oxuyasınız. Gündə yarım ya bir səhifə oxusanız da, gərək bu tilavət tərk olunmasın. İl ərzində elə bir gün olmasın ki, Quranı açıb tilavət etməyəsiniz.