İslam inqilabının qələbəsinin 45-ci ildönümü və Fəcr ongünlüyü ərəfəsində İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün 31.01.2024-cü il tarixdə səhər saatlarında İmam Xomeyninin hərəmi və Şəhidlər xiyabınını ziyarət etdi.

İnqilab Rəhbəri İmam Xomeyninin hərəmində "Fatihə" surəsini tilavət etməklə İran İslam İnqilabının banisinin xatirəsini dərin ehtiramla yad etdi.

Həzrət Ayətullah Xamenei, həmçinin 7 Tir hadisəsi şəhidlərinin və 30 avqust 1981-ci ildə Baş nazirin ofisinin partladılması ilə şəhadətə çatan şəhidlərin məzarlarını ziyarət etdi və Behişti, Rəcai, Bahünər və şəhid dostlarının xatirəsini hörmətlə yad etdi.

İslam İnqilabının Rəhbəri İslam İnqilabının dəyərli şəhidlərinin, Müqəddəs Müdafiə illəri və hərəm müdafiəsi şəhidlərinin məzarlarına da baş çəkdi.

Həzrət Ayətullah Xameneinin məzarları üstünə getdiyi şəhidlərdən biri şəhid Məhəmməd Əmin Səmədi idi ki, bu son zamanlarda sionist rejimin hücumu nəticəsində Dəməşqdə şəhdat məqamına çatdı.