Həzrət Əba Abdullah Hüseynin (ə) əzadarlıq mərasiminin ilk gecəsi 24.07.2023-cü il tarixdə bazar ertəsi axşamı İslam İnqilabı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.a) hüseyniyyəsində keçirilib.

Bu mərasimdə beynəlxalq Quran qarisi (Quran tilavət edən) cənab Səid Pərvizi Allahın kəlamlarından bir neçə ayəni tilavət etdi.

Sonra höccətül-islam vəl-müslimin Siddiqi çıxış etdi. Bu mərasimdə cənab Mehdi Səlahşur da mərsiyə oxuyub məddahlıq etdi.