Qədir-Xum məsələsi bu yüksək məzmuna sahib olması ilə bütün müsəlmanlara aiddir, çünki bu məsələ ədalət, fəzilət və Allah vilayətinin hakimiyyəti mənasını daşıyır. Biz əgər, həqiqətən də, Əmirəlmöminin Əlinin vilayətindən möhkəm yapışmaq istəyiriksə, özümüzü və ətraf mühitimizi ədalətə yaxınlaşdırmalıyıq. Bunun ən böyük nümunəsi budur ki, bacardığımız qədər ədaləti bərqərar edək. Çünki ədalətin əhatə dairəsi sonsuzdur.
Həzrət Adəmin zamanından başlayan peyğəmbərlik və risalət silsiləsi və dinlə siyasətin pik həddə yeni formada və metodla birləşməsinin bir (İlahi) sünnətə çevrilməsi və cəmiyyətin hidayətini zəmanət altına alması Qədir-Xum hadisəsində baş verdi.
Əgər vilayət İslami olarsa, Əmirəlmöminin Əlinin kölgəsi altında yaşayış mömin, hətta fasiq və kafir üçün, bir sözlə, hər kəs üçün hasil olacaqdır. Hətta kafirlər belə, orada rahat həyat sürəcəklər. Belə deyil ki, orada təkcə təqvalı insanlar rahat olsunlar, təqvalı olmayanlar da o mühitin təhlükəsizliyindən, bərabərliyindən, ədalətindən və o mühitin mənəvi hüzurundan istifadə edəcəklər. Əgər hökumət İlahi olmazsa, cəmiyyət, daxilində ayrı-seçkilik hökm sürən bir cəmiyyət olacaqdır.
Qədir-Xum hadisəsi İslamın həqiqi ruhu və məzmunundan qayanaqlanan bir hadisədir. Allah-təalanın Peyğəmbərə (s) vəfatından təqribən yetmiş gün öncə "Sənə əmr etdiyimi insanlara çatdır, əgər çatdırmasan, öz risalətini yerinə yetirməmisən", –deyə buyurması onu göstərir ki, İslamın həqiqi ruh və məzmunu Qədir-Xumda mövcuddur.
Əli ibn Əbu Talibin vilayəti, yəni nə? Yəni fikirlərində Əlinin ardınca olasan, fəaliyyətlərində Əlinin yolunu izləyəsən. (Vilayət) Səni Əli ibn Əbu Talib ilə güclü, möhkəm və nöqsansız bir əlaqə ilə bağlasın, (yəni) Əlidən ayrılmayasan. Budur, vilayətin mənası. Yaxşı anladınız ki, vilayət nədir? Məhz burada bu hədisin mənasını başa düşürük: "Əli ibn Əbu Talibin vilayəti mənim qalamdır". Əli ibn Əbu Talibin vilayəti mənim qalam və hasarımdır. Allah buyurur: "Hər kəs bu qalaya daxil olarsa, mənim əzabımdan amanda qalar". Hər kəs bu hasara daxil olarsa, Allahın əzabından amanda qalar. Çox maraqlı bir sözdür. Yəni nə? Yəni müsəlmanlar, Quran ardıcılları əgər həm fikir və düşüncə və həm də əməl və fəaliyyət cəhətindən Əli ibn Əbu Talibə bağlansalar, Allahın əzabından amanda qalarlar. Məgər bundan başqa bir şeydir? Məgər bundan qeyrisidir? Əgər Əli ibn Əbu Talib bu gün tanınsa, tanındıqdan sonra mən və sən alicənab onun kimi əməl etsək, o zaman vilayətə yiyələnərik; vilayət, yəni bu.
Mən, əmim Həmzə, qardaşım Cəfər və əmim oğlu Ubeydə bir iş barəsində Allah-təala ilə əhd bağlamışdıq. Əmirəlmöminin bu əmi (və digər iki nəfər) ilə bir məsələdə əhd bağlayıblar. O məsələ, adətən, “Şəhadətə yetişənə qədər cihad etmək”dir.
Yəni bu yolda, bu hərəkatda şəhadət anına qədər qorxu olmadan gedəcəyik. Sonra Həzrət dedi ki, bu yoldaşlar—bu üç nəfər məndən qabağa düşdülər, "Onlardan sonraya qaldım".
Onlardan geridə qalıb şəhid olmamağım mənə çox ağır gəldi. Bizim dövrümüzdə olan fədakar insanlar Əmirəlmömininə iqtida etdilər. Onun ardınca getdilər. Şəhadət aşiqi idilər və onun ardınca idilər.Sanki Əmirəlmöminin Əlinin (əleyhissalam) fəryadı tarixin əbədi səhnəsində hələ də səslənir. O belə deyir: Düşmənlə vuruşmağa çağırılanlar və həvəslə, aşiqanə və şövqlə icabət edənlər haradadırlar?
Özümüzə giriftar olduqda heç bir iş görə bilmərik. Bunu bizə o 20 və ya 25 yaşlı döyüşçü öyrədib. Əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə gərək öz nəfsinin tikanlı məftilindən keçməlisən.Şəhidlər sizin və mənim kimi onlara qoşulmayanlara müjdə verir. (Bu ticarətdə) Mal candan ibarətdir, bu malı sizdən alırlar ki, müqabilində cənnət versinlər.Bu, ilahi vəddir, Allah sizə vəd edir, şəhadət belə bir şeydir.
Ramazan ayının zirvəsi mübarək Qədr günləri və gecələridir. Biz bu zirvəyə çatmışıq.
Əziz bacı və qardaşlar, bu gecələrin qədrini bilin!Bu saatların qədrini bilin!
Aləmlərin Rəbbinə təvəssül, yalvarmaq, dua edib istəmək üçün misilsiz fürsətdən istifadə edin!
Qədr gecələrindəki bu əzəmətli məclislər, həqiqətən də, ibrətamizdir.Səslər Allaha yalvarış üçün ucalır.
اِلَيْكَ عَجَّتِ الاَْصْواتُ فی صُنُوفِ اللُّغاتِ
Səslər müxtəlif dillərdə sənə tərəf ucalır. Dualarınızdan biri də bu olsun ki, Uca Allah bu gecələrdə dua edən möminlərin dualarını qəbul etsin və qəbul olacağına da arxayın olun!
Mənim və sizin üzünüzə açılan qiymətli pəncərələrdir. Gəlin özümüzü bu pəncərələrdən əsən mənəvi və müqəddəs nəsimin ixtiyarına verək.
Müxtəlif insanlar, müxtəlif sosial təbəqələr, müxtəlif geyimləri, üslubları və davranışları ilə hamısı bir səqf altında, bir məclisdə toplaşır, təvəssül edirlər,göz yaşı axıdırlar.
Bunların qədirini bilin, bunlar çox qiymətli və çox dəyərlidir. Bunlar bir millətin mənəvi dayaqlarını möhkəmləndirən amillərdir. Ona (millətə) çətin yollarda kömək edir. Bunlar mömin bir şəxsin qəlbini gücləndirir. Onun Allaha olan təvəkkülünü artırır.
Allaha təvəkkül etdikdə isə daha Allahdan başqa heç kəsdən qorxmayacaqsınız.
Allahdan başqasından qorxmadıqda da öz yüksək hədəflərinizə doğru möhkəm addımlayarsınız.
Əslində isə o, on iki imamın anasıdır. O, Əmirəlmöminini öz qucağında, öz ətəyində böyüdüb, bir neçə yaşına qədər öz həyatında onun yetişməsinə yer ayırdı.
Əslində isə o, on iki imamın anasıdır. O, Əmirəlmöminini öz qucağında, öz ətəyində böyüdüb, bir neçə yaşına qədər öz həyatında onun yetişməsinə yer ayırdı.
Dünya mediası öz nümunələrini təqdim edərək insanları azdırmaq üçün bütün imkanlardan istifadə edir. Millətlərin əllərində də onların qarşısında təqdim edəcək heç bir nümunələri yoxdur, lakin bizim əlimizdə vardır. İmam Həsən (ə) və İmam Hüseynə (ə) "Cənnət əhlinin cavanlarının ağası",— deyirlər. Yəni onların gəncliyi həmişə bir nümunə olaraq dünya gənclərinin gözü önündə olmalıdır. Peyğəmbər (ə) və Əmirəlmömininin (ə) gəncliyi də belədir.