Klip

Ramazan ayının zirvəsi mübarək Qədr günləri və gecələridir. Biz bu zirvəyə çatmışıq.

Əziz bacı və qardaşlar, bu gecələrin qədrini bilin!Bu saatların qədrini bilin!

Aləmlərin Rəbbinə təvəssül, yalvarmaq, dua edib istəmək üçün misilsiz fürsətdən istifadə edin!

Qədr gecələrindəki bu əzəmətli məclislər, həqiqətən də, ibrətamizdir.Səslər Allaha yalvarış üçün ucalır.

 

اِلَيْكَ عَجَّتِ الاَْصْواتُ فی صُنُوفِ اللُّغاتِ

Səslər müxtəlif dillərdə sənə tərəf ucalır. Dualarınızdan biri də bu olsun ki, Uca Allah bu gecələrdə dua edən möminlərin dualarını qəbul etsin və qəbul olacağına da arxayın olun!

Mənim və sizin üzünüzə açılan qiymətli pəncərələrdir. Gəlin özümüzü bu pəncərələrdən əsən mənəvi və müqəddəs nəsimin ixtiyarına verək.

Müxtəlif insanlar, müxtəlif sosial təbəqələr, müxtəlif geyimləri, üslubları və davranışları ilə hamısı bir səqf altında, bir məclisdə toplaşır, təvəssül edirlər,göz yaşı axıdırlar.

Bunların qədirini bilin, bunlar çox qiymətli və çox dəyərlidir. Bunlar bir millətin mənəvi dayaqlarını möhkəmləndirən amillərdir. Ona (millətə) çətin yollarda kömək edir. Bunlar mömin bir şəxsin qəlbini gücləndirir. Onun Allaha olan təvəkkülünü artırır.

Allaha təvəkkül etdikdə isə daha Allahdan başqa heç kəsdən qorxmayacaqsınız.

Allahdan başqasından qorxmadıqda da öz yüksək hədəflərinizə doğru möhkəm addımlayarsınız.