Peyğəmbərlər ədaləti həyata keçirmək üçün gəliblər. Əmirəlmömininin Peyğəmbərin......
Peyğəmbərlər ədaləti həyata keçirmək üçün gəliblər. Əmirəlmömininin Peyğəmbərin canişini və İslam xilafətindəki missiyası budur. Bir an belə bu yoldan geri çəkilmədi. Keçmiş dostları onunla əlaqəni kəsdilər. (İmam Əlidən yersiz) Gözləntisi olanlar ondan incidilər, ondan ayrıldılar. Çevriliş etməkdən ötrü onunla müharibə etdilər. Dünənə qədər onu tərifləyənlər ədalətini görəndə onunla qan düşməni oldular. Amma məzəmmət edənlərin qınağı Əmirəlmömininə heç bir təsir göstərmədi.
İslam ümmətinin vəhdəti Əmirəlmöminin üçün əhəmiyyətli idi. İslam ümməti arasında ədalətin bərqərar olması da Əmirəlmöminin üçün mühüm idi. O böyük şəxsiyyətin haqq-ədalət ardınca olması hər iki yerdə özünü göstərir. Həm ədalət yolunda həyatının ən çətin sınaqlarına sinə gərdi, həm də müsəlmanların vəhdəti naminə öz açıq-aşkar haqqından keçdi. Əmirəlmöminin deyir: "Xilafət haqqından keçmək ki heç, hətta məni zəncirləyib, üryan bədənimi tikanlar üzərində sürüyələr də, Allahın bəndələrindən birinə belə zülm etməyə hazır deyiləm. Yəni Əmirəlmöminin üçün məzlumun müdafiəsi və insan hüquqlarının qorunmasında onların müsəlman olub-olmaması önəm kəsb etmir, hər ikisi eyni hüquqa malikdirlər. İndi dünyada bəzi insanlar insan haqlarından danışmaqlarına baxmayaraq, nəinki dünya səviyyəsində, heç bir yerdə, hətta öz ölkələrində belə insan hüquqlarına riayət etmirlər. Əmirəlmöminin insan haqlarını əsl mənada ifadə edib ona əməl etmişdir.