Həyat yoldaşı rolunu ifa edən qadın ilk növbədə aramlığın təzahürüdür. Quran bu barədə belə buyurur: “Yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən odur”. Bu ayədə aramlığa işarə olunub. Həyat təlatümdən ibarətdir. Kişi bu həyat dəryasında daim təlatüm içərisində və işlə məşğuldur deyə evə qayıdanda aramlığa ehtiyac duyur. Bu aramlığı evdə qadın yaradır. Quran “Yanında rahatlıq tapması üçün” dedikdə, yəni kişinin öz qadını yanında aramlıq hiss etməsini bildirir. Qadın aramlıq yaradan bir amildir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
04.01.2023
1978-ci ilin 18 Fevral tarixində Təbriz əhalisinin tarixi qiyamının ildönümü ərəfəsində bu gün səhər (çərşənbə) Şərqi Azərbaycandan olan əhalinin bir qrupu İslam İnqilabının Rəhbəri ilə görüşüblər
Fəcr ongünlüyü əslində İmam Xomeyni və İslamın bu ölkədə bizim üçün təsvir etdiyi imamətin dünyaya gəldiyi gündür.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
01.01.1991
Bəhmən ayının iyirmi ikisi (11 Fevral) Qədir Xum bayramı hökmündədir. Çünki o gündə vilayət neməti, ilahi nemətin tamamlanması və təkmilləşməsi İran milləti üçün əməli və zahiri bir gerçəkliyə çevrildi.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
24.01.1990
Fəcr ongünlüyü əslində İran xalqının qurtuluş dövrüdür və keçmişi gələcəkdən ayıran tariximizin bir hissəsidir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
01.01.1991
22 Bəhmən (11 Fevral) yürüşü dünyada bənzərsiz bir hadisədir. Heç bir ölkənin böyük və kiçik şəhərlərində belə bir cəmiyyət heç bir mərasimdə görülməyib. Bu, sizə məxsusdur.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
13.02.2004
İran milləti hər il Bəhmənin 22-də (Fevralın 11-də) öz hərəkəti ilə düşməni öz yerində saymağa və onları geri çəkilməyə məcbur edib.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
07.02.2005
Biz mövlamız Əli əleyhissəlam kimi məzlumuq, amma eyni zamanda da güclüyük.
Biz müzəffərik və qüdrətliyik, inkişaf edərək irəli gedə və islamın bayrağını qoruyub saxlaya bilərik.
Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin 4 Noyabr Məktəbli Şagirdlər Günü və həmçinin Beynəlxalq Hegemonluqla Mübarizə Günündə məktəbli şagirdlərlə görüşündəki çıxışı