Həyat yoldaşı rolunu ifa edən qadın ilk növbədə aramlığın təzahürüdür. Quran bu barədə belə buyurur: “Yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən odur”. Bu ayədə aramlığa işarə olunub. Həyat təlatümdən ibarətdir. Kişi bu həyat dəryasında daim təlatüm içərisində və işlə məşğuldur deyə evə qayıdanda aramlığa ehtiyac duyur. Bu aramlığı evdə qadın yaradır. Quran “Yanında rahatlıq tapması üçün” dedikdə, yəni kişinin öz qadını yanında aramlıq hiss etməsini bildirir. Qadın aramlıq yaradan bir amildir.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 04.01.2023