Süleymani İslam aləminin böyük hərəmi olan Məscidül-Əqsanı müdafiə etməli idi. Buna görə də o fələstinli rəhbər (cümə) namazından öncəki çıxışında şəhid Süleymanini Qüds şəhidi adlandırdı. (Şəhid) O hərəmi müdafiə edirdi.
Siz İmam Zamanın əsgərisiniz, əlhəmdülillah. Siz bu iftixara nail olmusunuz ki, İmam Zamanın qeybdə olduğu dövrdə o böyük şəxsiyyətə və İslama xidmət edəsiniz.
General Hacı Qasim Süleymani və ailəsinin 07.12.2014-cü il tarixdə Ayətullah Əl-Üzma Seyid Əli Xamenei ilə görüşü
İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD, yəni İraqın və Suriyanın əmniyyətini aradan aparmaq və regionu əmniyyətsiz hala gətirmək. Sonra da əsas nöqtəyə və son məqsədə, yəni İran İslam Cümhuriyyətinə gələrək onu əmniyyətsiz vəziyyətə gətirmək... Bu düşmənlərin tökdüyü planlar İran İslam Respublikasının böyük və bacarıqlı qüvvəsi tərəfindən təsirsiz hala gətirildi. Bu böyük qüvvənin simvol və bayraqdarı isə Hacı Qasim Süleymani adlı bir şəxs idi.
Müqəddəs hərəmlərin müdafiəsi Hacı Qasim üçün apardığı bütün mübarizələr sırasında əsas bir prinsip olmuşdur. Məscidül-Əqsanı müdafiə etməli idi, çünki Məscidül-Əqsa İslam dünyasının böyük bir hərəmidir. Məhz buna görə şəhid Haniyə ona Qüds şəhidi deyirdi.
General Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin beşinci ildönümü ərəfəsində bu iki şəhidin ailələri və keçən il Kirman əyalətində baş verən terror hadisəsinin qurbanlarının ailələri 01.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşdülər.
General Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin beşinci ildönümü ərəfəsində bu iki şəhidin ailələri və keçən il Kirman əyalətində baş verən terror hadisəsinin qurbanlarının ailələri 01.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşdülər.
Əmirəlmöminin buyurdu: "Öz evində düşmənlə mübarizə aparan millət zəlil olar, düşmənin evinizə qədər gəlib çatmasına imkan verməyin". Buna görə də qüvvələrimiz, görkəmli generallarımız, əziz şəhidimiz Süleymani, onun dostları və həmkarları, gənclərimiz Suriya və İraqa getdilər. İlk öncə İraqda, daha sonra Suriyada oranın öz cavanlarını təşkilatlandırdılar, silahlandırdılar. İŞİD-in müqabilində dayandılar, İŞİD-in belini qırdılar və ona qalib gələ bildilər.
Həzrət Ayətullah Xamenei bir qrup şəhid Süleymani məzarının zəvvarlarının Kirman Şəhidlər xiyabanı yolunda baş verən terror hadisəsi nəticəsində şəhadətə çatmaları münasibətilə mesaj ünvanladı.