05/04/2024
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər. Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində. Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.
29/12/2023
Allah, inşallah, məqamını uca etsin. Xoş onun halına. Bir ömür zəhmət və çalışmaq, axırı da aləmlərin Rəbbinin (nəsib etdiyi) şəhadət mükafatı! Siz (ailəsi) də onun mükafatında şəriksiniz.
29/12/2023
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər (cümə axşamı) 28.12.2023-cü il tarixdə şəhid Seyid Rəzi Musəvinin cənazəsinin yanında iştirak edərək onun ruhuna "Fatihə" oxuyub, o başıuca şəhidə meyit namazı qıldı. ​
10/10/2023
İslam Respublikasının qəti nəzəri budur ki, sionist rejimlə münasibəti normallaşdırmaq qumarını özləri üçün örnək və iş metodu hesab edən dövlətlər zərər görəcəklər və onları uduzmaq gözləyir, səhv edirlər. Avropalıların dili ilə desək, uduzan atın üzərində mərc edirlər. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvi gərək etməsinlər. Qəsbkar rejim getmək üzrədir. Bu gün Fələstin hərəkatı bu 70-80 il ərzində olduğundan daha gümrahdır. Müşahidə edirsiniz ki, bu gün fələstinli cavanlar, Fələstin hərəkatı, işğalçılıq, zülm və sionizm əleyhinə hərəkat həmişəkindən daha coşqulu, daha gümrah və daha hazırlıqlıdır. İnşallah, bu hərəkat nəticəyə çatacaqdır və alicənab İmam Xomeyninin (r.ə) qəsbkar rejimi xərçəng xəstəliyi adlandırdığı kimi, inşallah, Fələstin xalqının və müqavimət qüvvələrin öz əli ilə bu xərçəng xəstəliyinin kökü bütün regionda kəsiləcəkdir.
29/09/2023
Ehtiyatlı olmalıyıq ki, yolu yanlış getməyək, səhv etməyək və haqla batili səhv salmayaq. Quran bizlərə meyar verib. Quran buyurur ki, "Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar". Bizim söhbətimiz bundan gedir ki, görəsən, biz Peyğəmbərləyik, ya yox? (Yol budur, axı). Bunun əlaməti vardır: "Onunla birlikdə olanlar kafirlərə qarşı sərtdir". Əgər siz görsəniz ki, getdiyiniz bu yol kafirləri şad edir, bilin ki, kafirlərə qarşı sərt deyilsiniz. Demək, Allah Rəsulu ilə deyilsiniz, Peyğəmbərlə birlikdə deyilsiniz. Amma əgər görsəniz ki, xeyr, bu getdiyiniz yol hegemonları, din və İslamın ziddinə olan zalım dövlətləri narahat edir, əsəbi edir, bəs, düz yoldur. Bu kafirlərə qarşı sərt olmaq deməkdir. Bu oldu meyar və ölçü. Gərək diqqətimizi cəmləyək, nə etdiyimizi və nə danışdığımızı bilək. Danışdığımız söz düşmənin planı istiqamətində olmamalı, düşmənin cədvəlinin pazıllarını tamamlamamalıdır. Bəzən mümkündür ki, bir nəfər qəflət edib bir hərəkət etsin və bir söz desin ki, düşmənin plan cədvəlini doldursun, bu, təhlükəlidir. Ehtiyatlı olmaq lazımdır ki, bu baş verməsin. Əgər biz ehtiyatlı olsaq, düşmən heç bir qələt edə bilməz, heç bir iş görə bilməz.
13/09/2023
Sistan, Bəlucistan və Cənubi Xorasan məntəqəsindən minlərlə əhali 11.09.2023-cü il tarixdə bazar ertəsi günü İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
11/09/2023
Düşmən düşmənçiliyində və plan tökməyində ciddidir, biz də düşmənlə qarşıdurmada çox ciddiyik.
16/07/2023
Təbriz ruhaniləri Məşhədə gələrkən ağanın görüşünə gələrdilər və bu bir adət idi. Nəcəf dövründən bunların ağa ilə dostcasına əlaqələri var idi, özləri də azəridilli idilər və bu da təsirsiz deyildi. Cənab Təbətəbai hər dəfə Məşhədə gələndə gözləmirdi ki, atam onun görüşünə gedə və özü bizim evə, yəni atamın evinə gələrdi. Əvvəllər ki cənab Təbətəbainin halı yaxşı idi, bir dəfə (Məşhədə) çatarkən gələrdi və bir dəfə də qayıtmaq istəyərkən gələrdi. Güman edirəm ki, bu zarafatı özündən eşitmişəm. Dedi ki, bu bizim görüş idi, o biri isə baş çəkmək. Atamın xüsusiyyətlərindən biri də çoxlu dostları, ünsiyyətdə olduğu dostlarının olması idi. Çünki vəfalı bir insan idi. Atam çox vəfalı, çox məhəbbət göstərən və mənəvi cəhətdən sağlam idi. Yəni ümumiyyətlə, hiylə və bu kimi işlərin əhli deyildi. Çoxlu dostları var idi.Məşhədə gələn şəxslərdən biri də Cənab Qazi idi. O, atamı görməyə gəldi, oturdu və dedi ki, mən qırx il öncə atamla ağanı görməyə gəlmişdim. Həmin ev idi, həmin pilləkənlər və həmin otaq. Ağa indi harda oturubsa, onda da həmin yerdə oturmuşdu. Mənim indi oturduğum yerdə də atam oturmuşdu. Heç bir şey fərq etməyibdir. O demək istəyirdi ki, ağa zöhd sahibi idi və həqiqətdə də o cür idi. Onun xüsusiyyətlərindən biri də dünya həyatında zöhdünün olması idi. O, həqiqətən də, yaşayışını yaxşılaşdıracaq və yaşayışında zərrə qədər dəbdəbənin hiss olunacağına səbəb olan bütün şeylərdən qaçırdı.
11/07/2023
Məclisdən bir iş üçün çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi namazların tətil olunması haqda qərara gəlinib. Ayətullah Seyid Cavad Xamenei camaatla Pəhləvi rejimi arasında olan problemdə açıq-aşkar mövqe tutmuşdu. SAVAK-ın (Şah zamanı Hüquq-Mühafizə orqanları) hesabatlarında o, Şaha zidd olan ruhanilərdən biri kimi tanınırdı. Pəhləvi rejimi öz hökumətini qanuni göstərməkdən ötrü mütamadi olaraq məzhəbi və mədəni mərasimlər keçirirdi. Atamız Məşhədin tanınmış əksər ruhanilərinin əksinə olaraq, bir dəfə də olsun, dövlətin rəsmi məclislərində iştirak etmədi. Bir dəfə də olsun, hətta onların yeməklərini, şam və naharlarını yemədi. Yəni haradan dövlət və rejimlə azacıq əlaqə şübhəsi olsa və iyi gəlsəydi, o, mütləq orada iştirak etməzdi. Babamız mərhum Seyid Haşim də o şəxslərdən idi. Bəlkə də Məşhəd alimləri içərisində iki-üç nəfər belə şəxslər var idilər ki, heç vaxt onların məclislərinə ayaq belə qoymamışdılar. Hamı bilirdi ki, Ayətullah Seyid Cavad Xamenei Şah və onun tərəfdarlarını rəsmi olaraq tanımırdı. Bir zaman o mənə deyirdi ki, əgər İmam Xomeyni xuruc (qiyam) etsə (xuruc keçmiş terminoloji mənasında), onunla ilk beyət edən şəxs mən olacağam. Bunu o özü deyirdi. Əlbəttə, onun İmam Xomeyni ilə əvvəldən əlaqə və dostluğu var idi, bir-birilərinə yaxın idilər və bunun da təsiri var idi. O, İmam Xomeynini çox istəyirdi. 1964-cü ildə Pəhləvi rejimi İmam Xomeynini Türkiyəyə sürgün etdikdə cənab Seyid Cavad bu hərəkətə etiraz olaraq Siddiqlər məscidində öz camaat namazını tətil edir. Heç vaxt bu namaz tətil olmamışdı. Cənab Quminin evində bir məclis təşkil olundu və qərara gəlindi ki, namazlar tətil olunsun. O məclisdə alimlər var idi və bütün alimlər orada idilər. Lakin o məclisin aparıcı qüvvələri mən, cənab Təbəsi, mərhum Haşimi Nejad, mərhum Seyid Mahmud Müctəhidi, cənab Muhami və başqa üç-dörd nəfər biz cavanlar idik. Biz orada dedik ki, namazlar tətil olunmalıdır. Bir neçə qərara gəldik və onlardan biri də namazların tətil olunması idi. Sonra mən bir iş üçün məclisdən çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi qərara gəlindi ki, namazlar tətil olsun, siz də namaza getməyin və o da qayıtdı. Ayətullah Seyid Əli Xamenei mübarizə illərinin ən şiddətli vaxtında atasının tutduğu mövqeni belə izah edir: "Alimlərin olduğu məclislərdə iştirak edirdi. Məşhəddə o məclisləri idarə edən mən idim və bəzən mənə deyirdi ki, sən mənim əvəzimə ona səs ver və de ki, mən də varam və bu işlə müvafiqəm”. Cənab Seyid Cavad qocalıq səbəbindən övladlarının yanında olmasına və köməklərinə ehtiyac duyurdu, amma siyasi mübarizələrin çətinliklərinə xatir bunları qəbul edirdi və çətinliklərinə qatlaşırdı. Hətta dörd oğlundan üçü eyni zamanda rejimin zindanında olduğu dövrdə belə. Mən, hətta bir dəfə də olsun, görmədim ki, o mənə etiraz olaraq desin ki, niyə zindana getməyinə səbəb olacaq işlər görürsən? Xeyr, heç vaxt. Atam nəinki narahat deyildi, hətta baş vermiş hərəkətlərin bu çətinlikləri yaradan səbəblərlə yanaşı olmasına baxmayaraq, atam sonradan bizimlə görüşmək üçün yanımıza da gəldi. Onun Pəhləvi hökuməti və səltənətinə qarşı münasibəti çox pis idi və bu da dini maraqlarına görə idi, siyasi və bu kimi cəhətlərdən deyil. Bunlar (hökumət) onun nəzərində dinsiz, fasiq, açıq-aşkar fəsad edən, zalım və bu qəbildən idilər. O, (Şah rejiminə) nifrət edirdi.
10/07/2023
İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
07/07/2023
“Həyat buradadır” kitabının təqdimatı münasibətilə KHAMENEI.IR-in Azərbaycan bölməsi mediası İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin atası Ayətullah Seyid Cavad Xameneinin (r.ə) həyatının xülasəsi olaraq "İftixarla dolu bir tarixin nəqli" klipini təqdim edir. Həzrət Ayətullah Xamenei: “Təbriz və Azərbaycan məntəqəsi iki sabit və daimi kimliyə malik olubdur: biri İslam və İslami dindarlığa dərin bağlılıq və ikincisi isə İrana qarşı şiddətli qeyrət xüsusiyyəti. 17.02.2021
29/06/2023
Mən yeniyetməlik dövrlərimdə, yəni yenicə orta məktəbi bitirib (din) tələbəsi olduğum dövrlərdə duaya, Allaha diqqət ayırmağa və bu cür məsələlərə əhəmiyyət verirdim. mən dua, zikr, məsumlardan gələn dualar və hədislərdə gələn əməllərin əhli idim. Məsələn, yadımdadır ki, hələ həddi-büluğa çatmamışdım, amma Ərəfə gününün əməllərini yerinə yetirdim. O günün uzun-uzadı əməlləri vardır, –bilmirəm özünüz bilirsiniz, yoxsa yox. O zaman yadımdadır ki, anamla,–çünki anam dua, (Allaha) diqqət və müstəhəb əməllərin əhli idi,–həyətin kölgə düşən bir guşəsinə gedib,–evimizin balaca həyəti var idi,–oraya palaz sərərdik–, hava da isti idi. O günlər də nisbətən uzun idi. O kölgənin altında oturardıq və saatlarla Ərəfə gününün əməllərini yerinə yetirirdik. (Bu əməllərdə) həm dua, həm zikr, həm də namaz var idi. Anam bunları yerinə yetirirdi. Mən və orada olan qardaş-bacılarımın bəziləri də yerinə yetirərdik. Mənim yeniyetməlik və cavanlıq dövrüm belə idi—mənəviyyat, dua və yalvarışla olan ünsiyyət dövrü idi.
01/06/2023
Xarici siyasətdə izzət dediyimiz zaman yalvarış diplomatiyasının inkarı nəzərdə tutulur. Bizim diplomatiyamızda bu bir neçə illər ərzində bir sıra nümunələr var idi ki, bu nümunələri öz dəqiq adı ilə adlandırsaq, yalvarış, yəni yalvarış diplomatiyası olub. Mümkündür ki, danışıq tərzimiz yalvarış olmayıb, lakin məsələnin batini yalvarış olub. İzzət, yəni bu cür diplomatiyanın inkarı və gözünü onun-bunun rəftarına dikməmək. Filan ölkənin bu səriştəli keçmiş siyasi şəxsiyyəti belə dedi, bu cür qəzavət etdi, o biri başqa cür dedi, (filankəslər) bu şəkildə əməl edirlər və s. İzzət deyərkən, yəni gözümüz və baxışımız bu şeylərə yönəlməməli və öz prinsiplərimizə söykənməlidir.
22/04/2023
Bu gün Allaha şükürlər olsun ki, qəsbkar rejimin tədricən tənəzzülə uğramasının şahidi oluruq. Bunu dünyada hamı görür. Qəsbkar rejim tədricən tənəzzülə uğrayır. Tənəzzül sürəti günü-gündən artır. Bu tənəzzül bir neçə ildir ki, başlayıb, lakin son vaxtlar onun sürəti daha da artıb. Bu, çox böyük bir fürsətdir.
17/04/2023
Düşmənin zahiri baxımdan möhkəm və hərtərəfli hesablamalarının tamamilə məğlub edilə bilən olduğunu unutmamalıyıq. Gəlin indi bu deyəcəklərimi apardığımız bütün hesablamaların bir hissəsi qərar verək. Düzdür ki, düşmənin güclü informasiya sistemi, güclü hesablama sistemi, yaxşı silahlı qüvvələri və həmçinin çoxlu pulu var, lakin bunların hamısına baxmayaraq, insanın öz hesablamaları ilə düşməni məğlubiyyətə düçar etməsi tamamilə mümkündür. Əgər ağıl ilə məsələyə baxsaq və işin başını buraxmadan onun arxasınca getsək, düşmənin bütün cəhdləri məğlubiyyətlə sonlana bilər.
17/04/2023
Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan daha zəif idi, Trampın Amerikası Obamanın Amerikasından daha zəif idi, bunun (Baydenin) Amerikası da Trampın Amerikasından daha zəifdir. Niyə deyirik zəifdir? Əvvəla, iki-üç il əvvəl Amerikada seçkilər zamanı ikiqütblülük yarandı. Bu ikiqütblülük hələ də şiddətli şəkildə öz gücündə qalır.Təbii ki, bu da zəiflikdir. Bu mətləb çox mühümdür. Bir neçə ay öncəki konqresdəki son seçkilərdə də məlum oldu ki, bu ikiqütblülük hələ də güclü şəkildə mövcuddur.
17/02/2023
"22 Bəhmən" şənbə günü tarixi bir gün idi