Ərəfə günü anamın kənarında Video

Ərəfə günü anamın kənarında

Mən yeniyetməlik dövrlərimdə, yəni yenicə orta məktəbi bitirib (din) tələbəsi olduğum dövrlərdə duaya, Allaha diqqət ayırmağa və bu cür məsələlərə əhəmiyyət verirdim. mən dua, zikr, məsumlardan gələn dualar və hədislərdə gələn əməllərin əhli idim. Məsələn, yadımdadır ki, hələ həddi-büluğa çatmamışdım, amma Ərəfə gününün əməllərini yerinə yetirdim. O günün uzun-uzadı əməlləri vardır, –bilmirəm özünüz bilirsiniz, yoxsa yox. O zaman yadımdadır ki, anamla,–çünki anam dua, (Allaha) diqqət və müstəhəb əməllərin əhli idi,–həyətin kölgə düşən bir guşəsinə gedib,–evimizin balaca həyəti var idi,–oraya palaz sərərdik–, hava da isti idi. O günlər də nisbətən uzun idi. O kölgənin altında oturardıq və saatlarla Ərəfə gününün əməllərini yerinə yetirirdik. (Bu əməllərdə) həm dua, həm zikr, həm də namaz var idi. Anam bunları yerinə yetirirdi. Mən və orada olan qardaş-bacılarımın bəziləri də yerinə yetirərdik. Mənim yeniyetməlik və cavanlıq dövrüm belə idi—mənəviyyat, dua və yalvarışla olan ünsiyyət dövrü idi.
Dəyərli şəhid ailələri ilə görüş Görüş xətti

Dəyərli şəhid ailələri ilə görüş

İnqilab Rəhbərinin dəyərli şəhid ailələri ilə görüşündəki çıxışının nəzərdən keçirilməsi Bir qrup şəhid ailəsi bu gün səhər 25.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyənin görüşü Görüş xətti

HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyənin görüşü

    İnqilab Rəhbərinin Fələstin İslami Müqavimət Hərəkatı-HƏMAS-ın siyasi bürosunun rəhbəri ilə görüşdə verdiyi açıqlamaların nəzərdən keçirilməsi Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti bu gün axşam saatlarında 21.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb söhbət edib.
İnqilab Rəhbərinin Özbəkistan Prezidenti ilə görüşdə söylədiyi fikirlərə baxış Görüş xətti

İnqilab Rəhbərinin Özbəkistan Prezidenti ilə görüşdə söylədiyi fikirlərə baxış

Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev və onu müşayiət edən nümayəndə heyəti bu gün axşam saatlarında (bazar günü) 18.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşüb söhbət edib.
Ayaq üstə qalmağın sirri Video

Ayaq üstə qalmağın sirri

Millətlərin kimliyini onların istiqamət və müqaviməti təyin edir. İstiqamət isə insanın tapdığı düz olan xətti davam etdirməsidir. Millətlər haqq yoldan sapmamalıdırlar. Haqq yolda naümid olmamaq, düşməndən qorxmamaq lazımdır. Meydanda qalsaq düşmən məğlub olacaqdır.
Şəhidlik arzusu Video

Şəhidlik arzusu

İnqilab Rəhbəri 2006-cı ildə Kirman vilayətinə səfəri zamanı bu vilayətin şəhid ailələrindən birinin evində şəfaət edəcək insanlar arasında "Hacı Qasim"i də qeyd etmişdir. Bu görüşün filmi ilk dəfə olaraq bu videoda yayımlanıb ...
Qasim Süleymaninin şəhidliyinin bərəkəti Klip

Qasim Süleymaninin şəhidliyinin bərəkəti

Şəhid Suleymani haqqında başqa bir məsələ bu böyük şəhidliyin bərəkətləridir. Bu əziz şəhid hər dəfə bizə gördüyü işlər barədə istər yazılı, istərsə şifahi hesabat verəndə mən həm qəlbimdə, həm də dilmdə onu tərif edirdim. Amma bu gün onun səbəb olduğu şeyin, yəni ölkə və məntəqə üç...
Həcc olmasa, İslam ümməti məhv olar Video

Həcc olmasa, İslam ümməti məhv olar

Həclə bağlı hər birinin özünün xas mövzusu olmaqla Quranda çox ayə vardır, amma burada danışmaq üçün Həccin mənafeyinə aid iki ayə qeyd etmişəm. Bu ayələrdən biri mübarək "Maidə" surəsindədir və ayədə belə buyurur: "Allah Kəbəni – o möhtərəm evi insanların (din və dünyasının) dayaq vasitəsi etdi". Allah Kəbə evini cəmiyyətin söykənəcək yeri bilir və bu, çox mühümdür. "Qiyamən linnasi" (insanlar üçün dayaq vasitəsi), yəni əgər Həcc mövcud olmasa, yaxud gerçəkləşməsə, İslam ümməti və İslam cəmiyyəti məhv olacaqdır. Buna görə də fəqihlər deyirlər ki, bəzi məqamlarda Həcc "vacibi-kifayi" hökmündədir. Yəni əgər siz bir gün görsəniz ki, (Allah eləsin ki, o gün gəlməsin) dünyanın heç bir yerindən bir dənə də hacı yoxdur, o zaman hətta 10 dəfə də Həccə getmiş olsanız belə, Həcc ziyarəti sizə vacib olacaqdır. Heç vaxt bu ev, bu əsil qərargah və bu əsas mərkəz boş qalmamalıdır. "Qiyamən linnasi", bu, çox mühüm bir təbirdir.
Sizdən soruşuram Klip

Sizdən soruşuram

Sizdən bu cəm içərisində olan istəyim budur: Bəzi şəhid dostlarımın qəbirlərinin kənarında başqalarından onun haqda iqrar almağa nail oldum. Mən çoxlarından soruşdum ki, filankəs necə adamdır və onlar da yaxşı adam olduğunu söylədilər. Bu iqrarın dəlili möminə olan hörmətə görədir, sizlər də möminsiniz və aranızda ixlaslı olanlarınız da çoxdur. Sizin mənə etdiyiniz lütfdən artıq olan bu iqrardır: "Mən sizin nəzərinizdə yaxşı insanam?" İstəyirəm ki, buna cavab verərsiniz. Sizdən soruşuram ki, mən sizin nəzərinizdə yaxşı bir insanam? Mən Sübhan Allahdan istəyirəm və necə ki, (ayədə buyurulur) "Məgər bilmir ki, Allah onu görür?", yəni o görür, yazır və "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb gələrlər", yəni ayənin dediyi gündə, əməllərin zahir olduğu zaman sizin etdiyiniz bu iqrarı qəbul etsin. Ümidvaram ki, bir gün cənazəmin kənarında başqaları ilə birgə bu şəhadəti deyəsiniz: "İlahi, biz ondan xeyir və yaxşılıqdan başqa heç nə görmədik".
Diplomatiya yalvarış əsasında olmamalıdır Video

Diplomatiya yalvarış əsasında olmamalıdır

Xarici siyasətdə izzət dediyimiz zaman yalvarış diplomatiyasının inkarı nəzərdə tutulur. Bizim diplomatiyamızda bu bir neçə illər ərzində bir sıra nümunələr var idi ki, bu nümunələri öz dəqiq adı ilə adlandırsaq, yalvarış, yəni yalvarış diplomatiyası olub. Mümkündür ki, danışıq tərzimiz yalvarış olmayıb, lakin məsələnin batini yalvarış olub. İzzət, yəni bu cür diplomatiyanın inkarı və gözünü onun-bunun rəftarına dikməmək. Filan ölkənin bu səriştəli keçmiş siyasi şəxsiyyəti belə dedi, bu cür qəzavət etdi, o biri başqa cür dedi, (filankəslər) bu şəkildə əməl edirlər və s. İzzət deyərkən, yəni gözümüz və baxışımız bu şeylərə yönəlməməli və öz prinsiplərimizə söykənməlidir.