Budur insan hüquqlarını müdafiə etmək? Klip

Budur insan hüquqlarını müdafiə etmək?

Bizim sərnişin təyyarəmizi Fars körfəzi səmasında bir amerikalı zabitin vasitəsilə hərbi gəmidən atılmış raketlə yerə saldılar. Bu təyyarədə üç yüz nəfərə yaxın sərnişin var idi və hamısı da qətlə yetirildi. Bu zabiti ciddi tənbeh etmək əvəzinə, Amerikanın o zamankı prezidenti ona mükafat və medal verdi. Millətimiz bunu yaddan çıxartsın? Yaddan çıxarda bilər məgər? Bunu bilin ki, sizin bu "Amerikaya ölüm olsun" şüarı və İran xalqının etdiyi bu fəryad əsaslı və güclü məntiqə söykənir. Bəziləri isə bunun əksini, yəni bu hərəkətin reallığı əks etdirmədiyini, emosional bir hərəkət olduğunu, habelə məntiq və ağıla söykənmədiyini göstərmək istəyirlər. Xeyr, belə deyil. Məlumdur ki, "Amerikaya ölüm olsun" şüarı Amerika millətinə ölüm olsun məqsədini daşımır. Amerika milləti də başqa millətlər kimidir, yəni (bu şüar) Amerikanın siyasətlərinə və hegemonlara ölüm olsun mənasındadır.
Fələstin-qüdrətli məzlum Klip

Fələstin-qüdrətli məzlum

Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər. Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində. Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.
İnqilab Rəhbərinin Ayətullah İmami Kaşaniyə cənazə namazının video görüntüsü Video

İnqilab Rəhbərinin Ayətullah İmami Kaşaniyə cənazə namazının video görüntüsü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər (bazar ertəsi) təqvalı və böyük xidmətləri olmuş alim Ayətullah İmami Kaşaninin cənazəsi üzərində Fatihə oxuyub onun cənazə namazını qılmışdır.
Təbriz əhalisinin İnqilab Rəhbərini qarşılamasından video görüntü Video

Təbriz əhalisinin İnqilab Rəhbərini qarşılamasından video görüntü

1978-cı il fevral ayının 18-də Təbriz əhalisinin tarixi qiyamının ildönümündə bu səhər (18.02.2024) bir qrup Şərqi Azərbaycan əhalisi İslam İnqilabının Rəhbəri ilə görüşdü ​
Meşə Hərəkatı klip

Meşə Hərəkatı

Mərhum Mirzə Kiçik xan Cəngəlinin məsələsi xüsusi bir məsələdir. Meşə hərəkatı ilə eyni vaxtda ölkənin müxtəlif yerlərində bir sıra başqa böyük hadisələr baş verdi - məsələn Təbrizdə mərhum Şeyx Məhəmməd Xiyabani və ya Məşhəddə Polkovnik Məhəmməd Təqi Xan Pesian - bunların hamısı demək olar ki, eyni vaxtda baş verdi, lakin meşə məsələsi xüsusi bir məsələdir. Mirzə Kiçik xan Cəngəlinin hərəkatında olan xalq yönümlü olmaq və onun işindəki nəcibliyin o dönəmdə bütün İranda o hərəkatla eyni zamanda baş verən iki-üç hadisə ilə heç bir oxşarlığı yoxdur. Mirzə Kiçik xan ruhanidir, tələbədir. Rəşt hövzəsinin özündə o dövrdə böyük şəxsiyyətlər var idi ki, onlardan bəhrələnmək fürsəti olub, bunda heç bir şəkk-şübhə yoxdur. Buna görə də Mirzə Kiçik xan hərəkatının mənşəyi yüz faiz dini və etiqadidir. İnsan müşahidə edir ki, öz təşkilatları daxilində müxaliflərin olmasına baxmayaraq, onun ətrafındakı İfratçılar deyirdilər ki, biz onları döyüb yatırtmalıyıq! (Amma) Mirzə Kiçik xan qoymurdu, onların qarşısını alırdı və bu işi görməklərinə mane olurdu. Yəni davranış da dini davranışdır. Bildiyiniz kimi o zaman marksist hərəkatının hay-küy salması və Sovet İttifaqının yaranması, dünyada və xalqlar arasında (bu zəmində) baş verən səs-küy, onun bəzi xalqlar üçün yaratdığı cazibə təbii olaraq bəzi insanları özünə cəlb etdi və yaxın adamları da ona eyni şəkildə xəyanət etdilər. Lakin bu kişi həm İslam dininə bağlı olduğuna görə marksist təfəkkürə cəlb olunmadı və o nəzəriyyəni açıq-aşkar və qəti şəkildə rədd etdi, həm də xarici qüvvələrlə müxalif idi. Yəni bu siyasətin xaricilərdən gələn bir siyasət olduğuna görə idi. İngilislər, Qazax rusları və bu kimi hakim qurumlarla qarşı-qarşıya dursa da, eyni zamanda o tərəfə də cəlb olmadı. Öz müstəqilliyini qorudu. Halbuki (bu hərəkat) yüz faiz İslami və İrani bir hərəkatıdır. O, Rəştdə və özünə xas ərazidə - Gilanda İslam quruluşunun və İslam Respublikasının miniatür vahidini yaratdı.
İmam Xomeyninin arzusu klip

İmam Xomeyninin arzusu

İmam Xomeyninin vəfatından sonra onun bir çox arzuları həyata keçdi; ölkənin özünəinamı və öz imkanları ilə kifayətlənməsi, ölkənin elmi və texnoloji tərəqqisi, siyasi inkişafı, İslam Respublikasının nüfuzunun Qərbi Asiya və Şimali Afrikanın geniş məntəqəsində vüsət tapması. Bu arzuların bir çoxu həyata keçib və başqa bir çox arzuları da Allahın izni ilə həyata keçəcəkdir. Qüds Gününü müsəlmanlar canlı saxlamalıdırlar. Mən İsrailin hərislikləri haqda xəbərdarlıq etdim ki, belə deyil ki, o, qəsb etdiyi torpaqlarla kifayətlənsin. Gördünüz ki, Qüdsdə öz paytaxtını elan etdi. Bu arzuların bir çoxu həyata keçib və Allahın izni ilə başqa bir çox arzuları da həyata keçəcəkdir. Alicənab İmam Xomeynimizin İslam Respublikası günbəgün daha çox yüksəliş və əzəmət əldə edəcəkdir.
Allah bizi ona qovuşdursun Klip

Allah bizi ona qovuşdursun

Allah, inşallah, məqamını uca etsin. Allah bizi ona qovuşdursun, inşallah. Bizi onların qədrini bilənlərdən qərar versin. İnşallah, onun diqqətini, duasını və şəfaətini bizlərə nəsib etsin. Necə ki, dünyada bir-birimizlə çox yaxşı və rəfiq idik, Allah-təala elə etsin ki, qiyamətdə də bu cür olaq, (onunla) çox yaxşı olaq və (o da) bizimlə çox yaxşı və rəfiq olsun, inşallah. ​
Şəhadət şəhid Rəzinin zəhmətinin mükafatı idi Video

Şəhadət şəhid Rəzinin zəhmətinin mükafatı idi

Allah, inşallah, məqamını uca etsin. Xoş onun halına. Bir ömür zəhmət və çalışmaq, axırı da aləmlərin Rəbbinin (nəsib etdiyi) şəhadət mükafatı! Siz (ailəsi) də onun mükafatında şəriksiniz.
Qadınlar örnək axtarırlar klip

Qadınlar örnək axtarırlar

Dünyanın bugünkü qadını örnək istəyir. Əgər onun örnəyi Zeynəb və Fatimeyi-Zəhra olarsa, onun işi düzgün dərk etməkdən, mövqeyini dərk etməkdə sayıq olmaqdan, fədakarlıqla yanaşı ən gözəl işləri seçməkdən və hər şeyin bahasına olsa da, Allahın insanların çiyninə qoyduğu bütün böyük öhdəlikləri yerinə yetirməkdə dayanıqlı olmaqdan ibarət olacaqdır. Bir qadının ki örnəyi Fatimeyi-Zəhra və yaxud Zeynəbi-Kübra olarsa, nəticə bu olacaq. Əgər qadın cah-cəlalın, kef çəkməyin, ötəri həvəslərin, həmçinin təməli və kökü olmayan hisslərə təslim olarsa, o yolu gedə bilməyəcəkdir. (Tərəqqiyə tərəf) Yol gedən adamın ayağı hörümçək toruna bənzər bu bağlılıqlardan qurtulmalıdır ki, o yolu gedə bilsin.
Şəhid General Seyid Rəzi Musəviyə qılınan meyit namazından video görüntü Video

Şəhid General Seyid Rəzi Musəviyə qılınan meyit namazından video görüntü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər (cümə axşamı) 28.12.2023-cü il tarixdə şəhid Seyid Rəzi Musəvinin cənazəsinin yanında iştirak edərək onun ruhuna "Fatihə" oxuyub, o başıuca şəhidə meyit namazı qıldı. ​