زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Təslim olmamaq fələstinliləri qalib edəcək Plakat

Təslim olmamaq fələstinliləri qalib edəcək

Qəzza əhalisi və mübarizləri dağ kimi dayandılar. Su, yemək, dərman və yanacaq çatmır, lakin duruş gətiriblər və təslim olmurlar. Həmin bu təslim olmamaq onları qalib edəcəkdir.
ABŞ utanmazcasına atəşkəsə veto qoyur Plakat

ABŞ utanmazcasına atəşkəsə veto qoyur

Amerika utanmazcasına bombardmanların dayandırılması və atəşkəsin olması üçün Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyur. Yəni bununla uşaq, qadın, xəstə, qoca və müdafiəsiz xalqın üzərinə bomba yağdırmaqda şəriklik edir.
Sionist rejim hədəflərinə çata bilmədi Plakat

Sionist rejim hədəflərinə çata bilmədi

Qəzza məsələsindəki proqnozlar özünü doğrultmaqdadır. Təqribən yüz günə yaxındır ki, sionist rejim uğursuzluğa düçar oldu və öz hədəflərinə çatmadı: nə HƏMAS-ı məhv edə bildilər, nə Qəzza əhalisini başqa bir yerə köçürə bildilər, nə də müqavimətin fəaliyyətlərinin qarşısını ala bildilər. ​
Haldan düşmüş sionist rejim Plakat

Haldan düşmüş sionist rejim

Təqribən yüz günə yaxındır Fələstin müqaviməti hələ də canlı, təravətli, hazırlıqlı və sionist rejim isə yorğun, alçalmış, peşman və batil cinayətkar dağı onun alnına vurulub. ​
Sionist rejimin cinayətləri tarixə düşdü Plakat

Sionist rejimin cinayətləri tarixə düşdü

Sionist rejimin cinayətləri tarixə düşdü. Sionist rejim Allahın lütfü ilə məhv edildikdən sonra da bu cinayətlər unudulmayacaq. (Sonradan) Kitablarda yazacaqlar ki, belə (vəhşi) insanlar bir neçə həftə ərzində neçə min uşaq və qadını öldürüblər. ​
Yəməndən Qəzzaya böyük dəstək Plakat

Yəməndən Qəzzaya böyük dəstək

Yəmən milləti və Ənsarullah hökumətinin Qəzza əhalisini dəstəkləmək məqsədilə gördükləri iş böyük bir iş idi. Yəmənlilər sionist rejimin həyati əhəmiyyət daşıyan yoluna zərbə vurdular. Amerika təhdid etdi, lakin Amerikadan qorxmadılar. İnsan Allahdan qorxduqda daha Allahdan qeyrisindən qorxmur.
Sionist rejim dünya xalqlarının gözündə məğlubdur Plakat

Sionist rejim dünya xalqlarının gözündə məğlubdur

(Fələstinlilərin qələbəsi) Müqabilində qəsbkar sionist rejim dünya siyasətçiləri və dünyanın müsəlman, yaxud qeyri-müsəlman insanlarının nəzərində zalım, qaniçən canavar, rəhimsiz, məğlub, naümid və param-parçadır.
İslam İnqilabının banisi İmam Xomeyninin mövqelərinə baxış Plakat

İslam İnqilabının banisi İmam Xomeyninin mövqelərinə baxış

İslam Respublikasının Fələstinə dəstək istiqamətində bəzi fəaliyyətləri
Qəzza Qərbə hakim olan zülməti dünyaya çatdırdı Plakat

Qəzza Qərbə hakim olan zülməti dünyaya çatdırdı

Qəzza hadisələri dünyanı necə bir zülm və zülmətin bürüdüyünü, həmçinin insan haqları iddiası edən Qərbin bu dırnaqarası sivilizasiyanın yaşam, fikir və əməllərinə necə bir zülmətin hakim olduğunu göstərdi. Uşaqdan tutmuş qocaya qədər 30 mindən artıq insan qısa bir müddət ərzində məhv edilir, sivilizasiyalı sayılan dünya nəinki bunun qarşısını almır, əksinə, kömək də edir.​