زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Diplomatiya yalvarış əsasında olmamalıdır Video

Diplomatiya yalvarış əsasında olmamalıdır

Xarici siyasətdə izzət dediyimiz zaman yalvarış diplomatiyasının inkarı nəzərdə tutulur. Bizim diplomatiyamızda bu bir neçə illər ərzində bir sıra nümunələr var idi ki, bu nümunələri öz dəqiq adı ilə adlandırsaq, yalvarış, yəni yalvarış diplomatiyası olub. Mümkündür ki, danışıq tərzimiz yalvarış olmayıb, lakin məsələnin batini yalvarış olub. İzzət, yəni bu cür diplomatiyanın inkarı və gözünü onun-bunun rəftarına dikməmək. Filan ölkənin bu səriştəli keçmiş siyasi şəxsiyyəti belə dedi, bu cür qəzavət etdi, o biri başqa cür dedi, (filankəslər) bu şəkildə əməl edirlər və s. İzzət deyərkən, yəni gözümüz və baxışımız bu şeylərə yönəlməməli və öz prinsiplərimizə söykənməlidir.
Dünya hegemonları mənəviyyatla tam ziddirlər Plakat

Dünya hegemonları mənəviyyatla tam ziddirlər

Əlbəttə, bu axırıncı mövzu (mənəviyyatı diriltmək) həmin qüdrət mərkəzlərinin şiddətli qarşılıq verməsinə tuş gəldi və bu gün dünya səviyyəsində və harada bacarsalar, mənəviyyata hücumu daha böyük maraqla və öz məxsus metodları ilə qabağa aparırlar. Onların bəzi metodları o qədər biabırçı formadadır ki, insan adını dilə gətirməkdən xəcalət çəkir.
Budur insan hüquqlarını müdafiə etmək? Klip

Budur insan hüquqlarını müdafiə etmək?

Bizim sərnişin təyyarəmizi Fars körfəzi səmasında bir amerikalı zabitin vasitəsilə hərbi gəmidən atılmış raketlə yerə saldılar. Bu təyyarədə üç yüz nəfərə yaxın sərnişin var idi və hamısı da qətlə yetirildi. Bu zabiti ciddi tənbeh etmək əvəzinə, Amerikanın o zamankı prezidenti ona mükafat və medal verdi. Millətimiz bunu yaddan çıxartsın? Yaddan çıxarda bilər məgər? Bunu bilin ki, sizin bu "Amerikaya ölüm olsun" şüarı və İran xalqının etdiyi bu fəryad əsaslı və güclü məntiqə söykənir. Bəziləri isə bunun əksini, yəni bu hərəkətin reallığı əks etdirmədiyini, emosional bir hərəkət olduğunu, habelə məntiq və ağıla söykənmədiyini göstərmək istəyirlər. Xeyr, belə deyil. Məlumdur ki, "Amerikaya ölüm olsun" şüarı Amerika millətinə ölüm olsun məqsədini daşımır. Amerika milləti də başqa millətlər kimidir, yəni (bu şüar) Amerikanın siyasətlərinə və hegemonlara ölüm olsun mənasındadır.
Quran zülmə qarışı olmaqla yanaşı, zülmü qəbul edəni də məzəmmət edir Plakat

Quran zülmə qarışı olmaqla yanaşı, zülmü qəbul edəni də məzəmmət edir

Quran fasid qüdrətlər üçün təhdid hesab olunur. Çünki (Quran) həm zülmü məhkum edir və həm də zülmü qəbul etdiyinə görə zülmə boyun əyən insanı məzəmmət edir. Quran xalqı oyadandır. Quranla düşmənçilik edən şəxs insanların oyanışı ilə müxalifdir, zülmlə mübarizənin əleyhinədir.
Düşmənlər bilsinlər ki, Əqsa fırtınası sönən deyildir Plakat

Düşmənlər bilsinlər ki, Əqsa fırtınası sönən deyildir

Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir.
Qərblilərin idman sahəsində də olan ikili standartları Plakat

Qərblilərin idman sahəsində də olan ikili standartları

Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
Cinayətkarın hədiyyəsi Plakat

Cinayətkarın hədiyyəsi

Əqsa fırtınası əməliyyatı başlanandan sonra ABŞ cinayətkarların cinayətlərinin qəti şəkildə ortağıdır. Bu cinayətdə Amerikanın əli məzlumların, uşaqların, xəstələrin, qadınların və bu minvalla xirtdəyə qədər başqalarının qanına batıb. (Bu cinayəti) İdarə edən Amerikadır. Əgər ABŞ-ın himayə və silah dəstəyi olmasaydı, fasid, saxta və yalançı sionist rejim Əqsa fırtınası əməliyyatının ilk həftəsində məhv olub aradan gedərdi.
Qərb ölkələrində qadınların işinə verilən dəyər Plakat

Qərb ölkələrində qadınların işinə verilən dəyər

Qərbin kapitalizm sistemi patriarxal bir sistemdir. Kapitalizm sistemində kapital insaniyyətdən üstün sayılır. İnsanların insanlığı kapitalizmin xidmətində dayanır. Sərmayəni artıra bilən hər bir insanın dəyəri daha çoxdur. Bu baxışa əsasən, kişi cinsi qadın cinsindən, təbii olaraq, üstündür. Bir çox Qərb ölkələrində kişiyə aid olan işlərdə qadının aldığı gəlir kişinin gəlirindən daha azdır. ​
Analoqu olmayan Qəzza hadisəsi Plakat

Analoqu olmayan Qəzza hadisəsi

Qəzza hadisəsinin iki cəhətdən analoqu yoxdur. Sionist rejim tərəfindən bu hadisənin analoqu yoxdur, çünki heç zaman belə bir uşaq qətliamı, xəstəxanada olan xəstələrin başlarına səngər dələn bomba yağdırmaq və bu cür rəhimsizlik bu tarixi dönəmdə görünməmişdi.
Fələstinlilər üçün bənzərsiz olan Qəzza hadisəsi Plakat

Fələstinlilər üçün bənzərsiz olan Qəzza hadisəsi

Qəzza hadisəsi Fələstin xalqı və fələstinli mübarizlər tərəfindən də bənzərsizdir, çünki bu cür duruş gətirmək, səbr, müqavimət və bu cür düşməni dəli etmək müşahidə olunmamışdı.