زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Yəməndən Qəzzaya böyük dəstək Plakat

Yəməndən Qəzzaya böyük dəstək

Yəmən milləti və Ənsarullah hökumətinin Qəzza əhalisini dəstəkləmək məqsədilə gördükləri iş böyük bir iş idi. Yəmənlilər sionist rejimin həyati əhəmiyyət daşıyan yoluna zərbə vurdular. Amerika təhdid etdi, lakin Amerikadan qorxmadılar. İnsan Allahdan qorxduqda daha Allahdan qeyrisindən qorxmur.
Fələstin məzlum, amma qalibdir Plakat

Fələstin məzlum, amma qalibdir

Dünya əhalisi Qəzza və Fələstin xalqı haqda iki məsələni bir-birinin kənarında olaraq qəbul edilər: biri onların məzlum, digəri isə qalib olmalarıdır. Bu gün dünyada sionistlərin Qəzza müharibəsində qalib olduqlarını təsəvvür edəcək bir nəfər belə yoxdur, əksinə, hər kəs deyir ki, (qəsbkar rejim) məğlub olub.
Bütün İran üzrə imam-cümələrin görüşündən foto görüntülər Fotolar

Bütün İran üzrə imam-cümələrin görüşündən foto görüntülər

Bütün İran üzrə imam-cümələr 16.01.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Meşə Hərəkatı klip

Meşə Hərəkatı

Mərhum Mirzə Kiçik xan Cəngəlinin məsələsi xüsusi bir məsələdir. Meşə hərəkatı ilə eyni vaxtda ölkənin müxtəlif yerlərində bir sıra başqa böyük hadisələr baş verdi - məsələn Təbrizdə mərhum Şeyx Məhəmməd Xiyabani və ya Məşhəddə Polkovnik Məhəmməd Təqi Xan Pesian - bunların hamısı demək olar ki, eyni vaxtda baş verdi, lakin meşə məsələsi xüsusi bir məsələdir. Mirzə Kiçik xan Cəngəlinin hərəkatında olan xalq yönümlü olmaq və onun işindəki nəcibliyin o dönəmdə bütün İranda o hərəkatla eyni zamanda baş verən iki-üç hadisə ilə heç bir oxşarlığı yoxdur. Mirzə Kiçik xan ruhanidir, tələbədir. Rəşt hövzəsinin özündə o dövrdə böyük şəxsiyyətlər var idi ki, onlardan bəhrələnmək fürsəti olub, bunda heç bir şəkk-şübhə yoxdur. Buna görə də Mirzə Kiçik xan hərəkatının mənşəyi yüz faiz dini və etiqadidir. İnsan müşahidə edir ki, öz təşkilatları daxilində müxaliflərin olmasına baxmayaraq, onun ətrafındakı İfratçılar deyirdilər ki, biz onları döyüb yatırtmalıyıq! (Amma) Mirzə Kiçik xan qoymurdu, onların qarşısını alırdı və bu işi görməklərinə mane olurdu. Yəni davranış da dini davranışdır. Bildiyiniz kimi o zaman marksist hərəkatının hay-küy salması və Sovet İttifaqının yaranması, dünyada və xalqlar arasında (bu zəmində) baş verən səs-küy, onun bəzi xalqlar üçün yaratdığı cazibə təbii olaraq bəzi insanları özünə cəlb etdi və yaxın adamları da ona eyni şəkildə xəyanət etdilər. Lakin bu kişi həm İslam dininə bağlı olduğuna görə marksist təfəkkürə cəlb olunmadı və o nəzəriyyəni açıq-aşkar və qəti şəkildə rədd etdi, həm də xarici qüvvələrlə müxalif idi. Yəni bu siyasətin xaricilərdən gələn bir siyasət olduğuna görə idi. İngilislər, Qazax rusları və bu kimi hakim qurumlarla qarşı-qarşıya dursa da, eyni zamanda o tərəfə də cəlb olmadı. Öz müstəqilliyini qorudu. Halbuki (bu hərəkat) yüz faiz İslami və İrani bir hərəkatıdır. O, Rəştdə və özünə xas ərazidə - Gilanda İslam quruluşunun və İslam Respublikasının miniatür vahidini yaratdı.
İmam Xomeyninin arzusu klip

İmam Xomeyninin arzusu

İmam Xomeyninin vəfatından sonra onun bir çox arzuları həyata keçdi; ölkənin özünəinamı və öz imkanları ilə kifayətlənməsi, ölkənin elmi və texnoloji tərəqqisi, siyasi inkişafı, İslam Respublikasının nüfuzunun Qərbi Asiya və Şimali Afrikanın geniş məntəqəsində vüsət tapması. Bu arzuların bir çoxu həyata keçib və başqa bir çox arzuları da Allahın izni ilə həyata keçəcəkdir. Qüds Gününü müsəlmanlar canlı saxlamalıdırlar. Mən İsrailin hərislikləri haqda xəbərdarlıq etdim ki, belə deyil ki, o, qəsb etdiyi torpaqlarla kifayətlənsin. Gördünüz ki, Qüdsdə öz paytaxtını elan etdi. Bu arzuların bir çoxu həyata keçib və Allahın izni ilə başqa bir çox arzuları da həyata keçəcəkdir. Alicənab İmam Xomeynimizin İslam Respublikası günbəgün daha çox yüksəliş və əzəmət əldə edəcəkdir.
Sionist rejimin cinayətləri tarixə düşdü Plakat

Sionist rejimin cinayətləri tarixə düşdü

Sionist rejimin cinayətləri tarixə düşdü. Sionist rejim Allahın lütfü ilə məhv edildikdən sonra da bu cinayətlər unudulmayacaq. (Sonradan) Kitablarda yazacaqlar ki, belə (vəhşi) insanlar bir neçə həftə ərzində neçə min uşaq və qadını öldürüblər. ​
Haldan düşmüş sionist rejim Plakat

Haldan düşmüş sionist rejim

Təqribən yüz günə yaxındır Fələstin müqaviməti hələ də canlı, təravətli, hazırlıqlı və sionist rejim isə yorğun, alçalmış, peşman və batil cinayətkar dağı onun alnına vurulub. ​
Sionist rejim hədəflərinə çata bilmədi Plakat

Sionist rejim hədəflərinə çata bilmədi

Qəzza məsələsindəki proqnozlar özünü doğrultmaqdadır. Təqribən yüz günə yaxındır ki, sionist rejim uğursuzluğa düçar oldu və öz hədəflərinə çatmadı: nə HƏMAS-ı məhv edə bildilər, nə Qəzza əhalisini başqa bir yerə köçürə bildilər, nə də müqavimətin fəaliyyətlərinin qarşısını ala bildilər. ​
Terrorun təşkilatçılarını əzməkdə israrlıyıq Plakat

Terrorun təşkilatçılarını əzməkdə israrlıyıq

Biz şəhid Süleymaninin məzarı kənarındakı Kirman terror hadisənin real və pərdəarxası təşkilatçılarını tapıb, onları əzməkdə israrlıyıq.
Xalqın gücünü unutmamalıyıq Plakat

Xalqın gücünü unutmamalıyıq

Böyük hadisələrdə xalqın böyük rola sahib olma gücünü unutmamalıyıq. Bu gün Qəzzaya diqqət yetirin. Bir qarış torpaqda olan iki milyon cəmiyyət o əzəmətdə Amerikanı və Amerikadan asılı qalmış sionist rejimi aciz edib. Xalqın meydanda hazır olmağının gücü, yəni bu.