Zil-Qədə ayının bazar günləri tövbə və yalvarış günləri olmaqla yanaşı, bu günlərdə (xüsusi) əməl vardır ki, böyük arif cənab Hacı Mirza Cavad Məliki "Əlmüraqibat" kitabında Allah Rəsulundan (s) nəql edir ki, səhabələrinə xitabən buyurdu: "Sizlərdən hansı biriniz tövbə etmək istəyirsiniz?" ......
Zil-Qədə ayının bazar günləri tövbə və yalvarış günləri olmaqla yanaşı, bu günlərdə (xüsusi) əməl vardır ki, böyük arif cənab Hacı Mirza Cavad Məliki "Əlmüraqibat" kitabında Allah Rəsulundan (s) nəql edir ki, səhabələrinə xitabən buyurdu:
"Sizlərdən hansı biriniz tövbə etmək istəyirsiniz?" Hamı cavab verdi ki, hər birimiz tövbə etmək istəyirik. Bu hədisə əsasən, Peyğəmbər (s) buyurdu ki, bu ayın bazar günləri bu namazı ("Əlmüraqibat" kitabında qeyd olunan xüsusi bir formada qılınan bir namaz) qılın.
09.09.2015
Namazın qılınma qaydası:
— Qüsl və dəstəmaz alınmalı
— İki rəkət namaz qılınmalı və hər rəkətdə "Həmd"dən sonra 3 dəfə "Tövhid" surəsini, bir dəfə də "Fələq" və "Nas" surəsi oxunmalıdır.
Namazın salamından sonra 70 dəfə istiğfar edilməli və daha sonra belə deyilməlidir:
"La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim"
Daha sonra deyilməlidir:
"Ya Əzizu, ya Ğəffar, iğfirli zunubi və zunubə cəmiil-mumininə vəl-muminat, fə innəhu la yəğfiruz-zunubə illa əntə".
Mənbə: "Əlmüraqibat" kitabı