زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Biz müqavimətə kömək edəcəyik Plakat

Biz müqavimətə kömək edəcəyik

Biz Fələstin və Allah yolunda cihad edən Hizbullah mübarizlərinin kənarındayıq, onları dəstəkləyir və bacardığımız qədər kömək edirik.
Nəsrullah və Sinvarın ruhu diridir Plakat

Nəsrullah və Sinvarın ruhu diridir

Seyid Həsən Nəsrullahın və Sinvarın ruhu diridir. Onların cismi aramızdan getsə də, düşüncələri qalır və yolları davam edir. Gündəlik Qəzzaya hücumlar edilir, şəhidlər verilir, özü də hər gün! Buna baxmayaraq, onlar hələ də dayanır və müqavimət göstərirlər. Livan da müqavimət göstərir.
Müqavimət barədə yanılırlar Plakat

Müqavimət barədə yanılırlar

Suriyada baş verən bu hadisə və sionist rejimlə Amerikanın törətdiyi cinayətlər nəticəsində onlar elə güman etdilər ki, müqavimət məsələsi sona çatıb. Onlar yanılırlar.
Müqavimət bir iman və təfəkkürdür Video

Müqavimət bir iman və təfəkkürdür

Hegemonların ünsürləri Suriyadakı bu hadisələrdən sonra sevinc halındadırlar, bu düşüncə ilə ki, müqaviməti dəstəkləyən Suriya hökumətinin süqut etməsi ilə artıq müqavimət cəbhəsi zəifləyib. Bu hadisələrlə müqavimət cəbhəsinin zəiflədiyini düşünənlər müqavimətin özü və müqavimət cəbhəsi haqqında düzgün bir anlayışa malik deyillər. Onlar müqavimət cəbhəsinin, əslində, nə olduğunu bilmirlər. Müqavimət cəbhəsi məhv edilə bilən bir texniki vasitə deyil. Müqavimət bir iman və təfəkkürdür, (həmçinin) qəlbi və qəti qəbul edilən bir qərardır, müqavimət məktəbdir, etiqadi bir məktəb. Bir qrup insanın imanı olan bir düşüncə təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir. Müqavimət budur : hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək, hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir, onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər. Allahın qüdrət ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq bütün regionu əhatə edəcəkdir.
Bir qrup müxtəlif qadın təbəqələrinin Həzrət Ayətullah Xamenei ilə görüşündən foto görüntülər Fotolar

Bir qrup müxtəlif qadın təbəqələrinin Həzrət Ayətullah Xamenei ilə görüşündən foto görüntülər

Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İŞİD-in fitnəsi sadə deyildi Plakat

İŞİD-in fitnəsi sadə deyildi

İkinci səbəb də təhlükəsizlik məsələsi idi. Rəsmi məsullar çox tez və anında anladılar ki, bu əmniyyətsizliyin qarşısı regionda alınmasa, buraya qədər sirəyət edib böyük ölkəmizi büsbütün şəkildə əhatə edəcəkdir. İŞİD-in əmniyyətsizlik fitnəsi də sadə bir şey deyildi.
Belə xalq zəlil olar Plakat

Belə xalq zəlil olar

Əmirəlmöminin buyurdu: "Öz evində düşmənlə mübarizə aparan millət zəlil olar, düşmənin evinizə qədər gəlib çatmasına imkan verməyin". Buna görə də qüvvələrimiz, görkəmli generallarımız, əziz şəhidimiz Süleymani, onun dostları və həmkarları, gənclərimiz Suriya və İraqa getdilər. İlk öncə İraqda, daha sonra Suriyada oranın öz cavanlarını təşkilatlandırdılar, silahlandırdılar. İŞİD-in müqabilində dayandılar, İŞİD-in belini qırdılar və ona qalib gələ bildilər.
Bizim hərbi iştirakımız belə olub Plakat

Bizim hərbi iştirakımız belə olub

Bizim Suriya və İraqda hərbi iştirakımız öz ordumuzu buradan aparıb həmin ölkənin ordusu ilə əvəz etmək mənasında deyildi.
Buna görə müqavimət qalıcıdır Plakat

Buna görə müqavimət qalıcıdır

“Müqavimət cəbhəsi” məhv edilə bilən bir texniki vasitə deyil. “Müqavimət” iman, düşüncə, qəlbi və qəti qəbul edilən bir qərardır, müqavimət bir etiqad məktəbidir. Bu, sadəcə formal bir anlayış deyil. Bu müqavimət təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir.
Hərbi müşavirlərimizin gördüyü işlər Plakat

Hərbi müşavirlərimizin gördüyü işlər

Bizim qüvvələrimizin görə biləcəyi və gördüyü iş hərbi müşavirlik xarakterli idi, müşavirlik, yəni nə? Yəni mühüm mərkəzi və əsaslı qərargahların təşkili, strategiya və taktikaların təyin olunması, zəruri hallarda döyüş meydanına girmək və bunların hamısından daha mühüm isə həmin məntəqənin cavanlarını bəsic etmək (könüllü səfərbər etmək) idi. Əlbəttə, öz cavanlarımızın, bəsicilərimizin bir çoxu da əcələ, eşq və israrla oraya getdilər.