زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Ən yaxşılarından birini itirdik Plakat

Ən yaxşılarından birini itirdik

Bu səmanın altında ən yaxşı məmurlarımızdan birini itirdik, ən yaxşılarından birini itirdik. Başqa yol yoxdur, bunlara Allah-təalanın yolunda dözmək lazımdır.
İmamın mühüm vəsiyyəti Klip

İmamın mühüm vəsiyyəti

Onun xəstə yatağına çatdıqda halım dəyişdi, özümü saxlaya bilmədim və ağlamağa başladım, narahat oldum. Sonra o, mehribanlıq göstərdi və məhəbbətlə baxdı. Bir neçə cümlə dedi və o qısa cümlələri zehnimdə saxladım. Çölə çıxdım və o cümlələri yazmağa başladım. İmamın (r.ə) eynilə dediklərini yazdım, özümdə saxladım. Onun zehnində ən mühüm sözü də adəti üzrə, orada gərək bizə deyərdi, yəni həssas bir mövqe idi və mən də məsuliyyət daşıyırdım (hökumət başında idim). Onun dediyi cümlə: "Kafirlərə qarşı sərt olun və öz aranızda isə mehriban". Zənnimcə, İmamın vəsiyyəti (İmamın yazdığı otuz səhifəlik vəsiyyət) bu bir neçə cümlə ilə xülasələşə bilər. Güclü olun, zəiflik göstərməyin, Allaha söykənib, zalımlara qarşı sərt, öz aranızda isə mehriban olun. Əgər birgə olsanız, heç kəs sizə zərər yetirə bilməz.
Sərhədsiz rəhbər Plakat

Sərhədsiz rəhbər

İmam Xomeyni sürgün olan dövrdə bu nadir və sözün həqiqi mənasında müstəsna olan kişinin şəxsiyyətinin bilinməyən və yeni xüsusiyyətləri üzə çıxdı. Yəni insanın böyük şəxsiyyətlərin həyatında nadir hallarda müşahidə etdiyi xüsusiyyətlərdən söz gedir. Birincisi, İmam Xomeyni bir ideoloq mövqeyində yer alır və yeni bir hökumət, nizam, bina və təşkilatın proqramını cızır... İkincisi isə, bu şəxsiyyət İranda olmamasına rəğmən, uzaq bir məkandan 14 il ərzində İranda İslami mübarizə və İslami hərəkat məsələlərinə sözün həqiqi mənasında rəhbərlik edir.​
Cənab Bəşər Əsədin İslam İnqilabının Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Cənab Bəşər Əsədin İslam İnqilabının Rəhbəri ilə görüşündən foto görüntülər

Suriya Prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyəti cümə axşamı 30.05.2024-cü il tarixdə günorta saatlarından əvvəl İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.​
İslam hökumətinin hədəfləri Plakat

İslam hökumətinin hədəfləri

İslam hökumətində hökmranlıq bəşəri, hədəflər isə İlahidir. Hədəflər ədalət, insan kəraməti, yerin abadlaşdırılması, zamandan səmərəli istifadə və bunun da nəticəsində Allaha yaxınlaşmaq istiqamətində insanın ucalmasıdır.
Əziz Prezidentin xatirəsini ehtiramla yad edirəm Plakat

Əziz Prezidentin xatirəsini ehtiramla yad edirəm

Mərhum və əziz Prezidentin xatirəsini ehtiramla yad edir və Rəhim Allahdan dərəcələrinin daha da artmasını diləyirəm
Xübrəqan Məclisinin əhəmiyyəti Plakat

Xübrəqan Məclisinin əhəmiyyəti

Xübrəqan Məclisinin meyarları İslami və seçimi isə xalqın seçimi ilədir. Bu, İran İslam Respublikasının ən aydın göstəricisidir və onu da (dünyaya) tanıtdırandır.
Prezidentin ixlaslı işləri özünü göstərdi Plakat

Prezidentin ixlaslı işləri özünü göstərdi

Mərhum Prezidentin ixlaslı xidmətləri təkcə yaşadığı həyatı boyunca xülasələşmir və cənab Rəisi dünyasını dəyişdikdən sonra da ölkəyə dəyərli bir xidmət göstərdi.
Xübrəqan Məclisi— xalqmehvərliyin təzahürü Plakat

Xübrəqan Məclisi— xalqmehvərliyin təzahürü

Xübrəqan Məclisi İslami xalqmehvərliyin təzahürüdür. İslami meyarlara əsasən, rəhbərin seçilməsi bu Məclisin öhdəsindədir və bu Məclisin özü də xalq tərəfindən seçilir.
Məclis millətin ümid və maraqlarını artıra bilər Plakat

Məclis millətin ümid və maraqlarını artıra bilər

Hər yeni Məclis ölkənin aydın üfüqündə təzə bir parlaqlıq icad edə və millətin ümid və maraqlarını artıra bilər.