زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
İran Kəşfiyyat və Təhlükəsizlik naziri, müavinləri və nazirliyin yüksək rütbəli zabitlərinin İnqilab Rəhbəri ilə görüşü Fotolar

İran Kəşfiyyat və Təhlükəsizlik naziri, müavinləri və nazirliyin yüksək rütbəli zabitlərinin İnqilab Rəhbəri ilə görüşü

İran Kəşfiyyat və Təhlükəsizlik naziri, müavinləri və nazirliyin yüksək rütbəli zabitləri çərşənbə günü 22.02.2025-ci il tarixdə İnqilab Rəhbəri ilə görüşdülər.
Şimr xislətli əməllərin kökünü kəsək Plakat

Şimr xislətli əməllərin kökünü kəsək

Mərhum şəhid Mütəhhəri inqilabdan illər öncə fəryad edirdi ki, Vallah, (bunu) bilin ki, bu günün Şimri İsrailin (sionistin) Baş naziridir. Məsələnin həqiqəti də budur. Biz Şimrə lənət deyirik, buna görə ki, dünyada Şimr kimi olmaq və Şimr xislətli əməlləri yerinə yetirməyin kökünü kəsək. 
Bu göz yaşı köhnəlməz Plakat

Bu göz yaşı köhnəlməz

İmam Hüseyn (əleyhissalam) üçün ağlamağın və ağlatmağın öz yeri vardır. Məbada kimsə belə düşünə ki, ağlamağın nə yeri var, artıq bu işlər köhnəlib! Xeyr, bu, batil düşüncədir.
Amerika və İsrail müqaviməti məğlub edə bilmədilər Plakat

Amerika və İsrail müqaviməti məğlub edə bilmədilər

Müqavimət qüdrəti günbəgün daha çox özünü göstərir. Amerika kimi o əzəmətdə hərbi, siyasi və iqtisadi bir sistem qəsbkar sionist rejimin arxasında dayanmaqla bir müqavimət qrupu ilə döyüşürlər, lakin onları diz çökdürə bilmədilər.
80 illik terrorist banda Klip

80 illik terrorist banda

“Fələstin” adlı parlaq tarixi kimliyə sahib müstəqil bir ölkə, Qərbin dəhşətli bir fitnəsi əsasında 20-ci əsrin qırxıncı illərində ingilisin başçılığı ilə o millətdən qəsb edib silah, qırğın və aldatmaq gücünə, əsasən, Avropa ölkələrindən köçürülən camaatın ixtiyarına verildi. Bu böyük qəsb şəhərlərdə və kəndlərdə bir dəstə müdafiəsiz insanların kütləvi qırğını ilə yanaşı idi Dünya (bunu) unutmayıb və unutmayacaq o günü ki Ariel Şaron adlı bir cinayətkar qatil Səbra və Şətilanı qan gölünə çevirdi Amerika rəsmilərinin zehnində terrorizm məfhumu yanlış bir məfhumdur. Onlar terrorizmi yanlış məna ediblər; elə bir tərzdə məna edirlər ki, Səbra və Şətila (yəni fələstinlilərin iki yaşayış düşərgəsi) əhalisinin bir gecədə soyqırım və qətliamı terrorizm hesab olunmur! Qondarma sionist rejimin başçılarında olan vəhşilik və cinayət qərizəsi Fələstin facisəinin başlandığı ilk onilliklərdəki vaxtla heç bir fərq etməyib, həmin siyasət, həmin yırtıcılıq və amansızlıq əxlaqı Səbra və Şətila faciəsini vücuda gətirdiyi Kimi bu gün də eynilə zamanə tağutlarının zülmət içində olan zehn və qəlblərinə hakimdir Əlbəttə, bu gün inkişaf etmiş texnologiyalardan yararlanmaqla cinayətin əhatə dairəsi kifayət qədər genişlənib və daha faciəvi olub Yırtıcı və qaniçən düşmən- qəsbkar terrorist rejim cinayət üçün bir hədd-hüdud bilmir. Bunlar dövlət deyillər, bunlar cinayətkar bir bandadırlar, qatil bir bandadırlar, terrorist bir bandadırlar.
Hansı günaha görə öldürüldülər? Plakat

Hansı günaha görə öldürüldülər?

Bu ağlasığmaz cinayətlər yeganə dərmanı məhv olmaq olan canavar sifət və uşaq qatili sionist rejimin zati həqiqətidir.
ABŞ-ın yalançı insan hüquqları iddiası Plakat

ABŞ-ın yalançı insan hüquqları iddiası

Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
Kömək Allahdandır Klip

Kömək Allahdandır

"Yorulmaq bilməyən mücahid", şəhid Seyid Həsən Nəsrullahın İslam İnqilabının Rəhbəri ilə əvvəllər yayımlanmamış görüşlərindən bəzi məqamlar
Xalq iğtişaş edənləri əzəcək Plakat

Xalq iğtişaş edənləri əzəcək

Amerika rəsmilərinin bir ünsürü deyir ki, İranda iğtişaş edən hər kəsə biz kömək edərik. İran milləti bu zəmində Amerika muzdurluğunu qəbul edən hər kəsi öz möhkəm ayaqları altında əzəcəkdir.
İsa Peyğəmbər olsaydı,... Plakat

İsa Peyğəmbər olsaydı,...

Əgər Həzrət İsa Məsih (əleyhissəlam) bu gün aramızda olsaydı, zalım və dünya imperializminin başçıları ilə mübarizə aparmaqda bir an belə vaxt itirməzdi. O, böyük güclər tərəfindən istismar edilən, müharibə, fəsad və qarşıdurmalara sürüklənən milyardlarla insanın aclığına və sərgərdanlığına qatlaşmazdı.