Dünyada böyük bir dəyişiklik başlanıb. Bu dəyişiklikdə ən əsas gözə çarpan Amerika kimi hegemon qüdrətlərin zəifləməsi, habelə dünyada və məntəqədə yeni qüdrətlərin meydana gəlməsidir.
Qərb və hegemon qüdrətlər zəifləməkdədir. Amerika qüdrətinin göstəricisi tənəzzülə doğru getməkdədir. Amerika qüdrətinin göstəricilərindən biri də onun güclü iqtisadiyyatıdır ki, özlərinin dediklərinə əsasən, çökməkdədir.
İmam Hüseyn (ə) qiyam etdi ki, İslam quruluşu və cəmiyyətinin binasının yenilənməsi və yaxud İslam cəmiyyətində böyük təhriflər müqabilində qiyamdan ibarət böyük bir vacibi yerinə yetirmiş olsun.
Bu gün doğru yoldan sapdırmaq üçün şeytanın vəsvəsələri həmişəkindən daha çoxdur. Əgər bu vəsvəsələr müqabilində müqavimət göstərsəniz, o zaman zirvəni fəth edərsiniz, yəni Allah dininin, haqqın, ədalətin hakimiyyəti, o cümlədən insan yaradılışının və təkamülünün hədəfinə çatmaq zirvəsinə.
İnşallah, necə ki, möhkəm iradə ilə əzəmətli Ərbəin yürüşündə Kərbəlaya doğru hərəkət etdiniz, eləcə də bütün işlərdə, inşallah, mənəviyyat, həqiqət və tövhid hakimiyyətinin yolunu da həmin möhkəm əzmlə keçəcəksiniz.
Əba Əbdillah Hüseyn (ə) və o Həzrətin vəfalı tərəfdarlarının şəhadətinin Ərbəini gününə təsadüf edən İslam İnqilabı Rəhbərinin hüzurunda ölkə boyu universitet tələbələrdən ibarət heyətlərin əzadarlıq mərasimi 06.09.2023-cü il tarixdə çərşənbə günü günorta saatlarından qabaq İmam Xomeyni (r.ə) hüseyniyyəsində baş tutdu.