Bizə təlqin olunanların əksi baş verdi Plakat

Bizə təlqin olunanların əksi baş verdi

Tarix boyu bizə belə deyilmişdi və bizimlə belə rəftar olunmuşdu: "Siz bacarmazsınız, siz heç kim deyilsiniz və dünya qüdrətləri sizi bir işarə ilə yer üzündən silə bilərlər". Müqəddəs Müdafiə illəri göstərdi ki, xeyr, belə deyil. Bəzilərinin həyat və ümidlərinin bağlı olduqarı kəslərin hamısı əl-ələ verib bir millətin əleyhinə hərəkətə keçirlər və heç bir qələt də edə bilmirlər. (Müqəddəs Müdafiə illəri) Bunu İran millətinə göstərdi.
Müsəlmanların ən böyük problemi Plakat

Müsəlmanların ən böyük problemi

Dünya müsəlmanlarının ən böyük problemi Qurandan uzaq düşmələridir.
Özümüzü islah etməkdə olan qəflət Plakat

Özümüzü islah etməkdə olan qəflət

Biz insanların problemi səhvimizdən, onu islah etməyin zərurətindən və islah etməyi özümüzdə həyata keçirməkdən qəflət etməyimizdir.
İstiğfar etməklə bəlaları uzaqlaşdırın Plakat

İstiğfar etməklə bəlaları uzaqlaşdırın

Burada bir hədis qeyd edim: "Bəlaları istiğfar etməklə (özünüzdən) uzaqlaşdırın". Bəla qapılarını istiğfar etməklə bağlayın. Bu oxuduğumuz "... Sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin" ayəsində də mövcuddur, yəni həyatın gözəl bəhrəsi Uca Allahdan bağışlanma və tövbə diləməklə əldə ediləcəkdir.
Əgər ürəkdən istiğfar etsəniz, bilin ki... Plakat

Əgər ürəkdən istiğfar etsəniz, bilin ki...

Əgər ürəkdən istiğfar diləyə bilsəniz, əzm göstərib hərəkət etsəniz, bilin ki, İlahi tövfiq və diqqət halınıza şamil olur, sizi (mənəvi aləmə tərəf) cəzb edirlər və (özlərinə tərəf) çəkirlər.
Şəhidlər bütün nəsillər üçün (heç zaman) aradan getməyən örnəkdirlər Mesaj

Şəhidlər bütün nəsillər üçün (heç zaman) aradan getməyən örnəkdirlər

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi və İslam yolu şəhidlərinin və fədailərinin anım günü münasibətilə şəhidlərin mesajlarını düzgün şəkildə eşitməyi və ondan dünya və axirəti abadlaşdırmaqdan ötrü yararlanmağı təkidlə vurğuladı. İnqilab Rəhbərinin mesajının mətni:
Quranın verdiyi mübarizə meyarı Video

Quranın verdiyi mübarizə meyarı

Ehtiyatlı olmalıyıq ki, yolu yanlış getməyək, səhv etməyək və haqla batili səhv salmayaq. Quran bizlərə meyar verib. Quran buyurur ki, "Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar". Bizim söhbətimiz bundan gedir ki, görəsən, biz Peyğəmbərləyik, ya yox? (Yol budur, axı). Bunun əlaməti vardır: "Onunla birlikdə olanlar kafirlərə qarşı sərtdir". Əgər siz görsəniz ki, getdiyiniz bu yol kafirləri şad edir, bilin ki, kafirlərə qarşı sərt deyilsiniz. Demək, Allah Rəsulu ilə deyilsiniz, Peyğəmbərlə birlikdə deyilsiniz. Amma əgər görsəniz ki, xeyr, bu getdiyiniz yol hegemonları, din və İslamın ziddinə olan zalım dövlətləri narahat edir, əsəbi edir, bəs, düz yoldur. Bu kafirlərə qarşı sərt olmaq deməkdir. Bu oldu meyar və ölçü. Gərək diqqətimizi cəmləyək, nə etdiyimizi və nə danışdığımızı bilək. Danışdığımız söz düşmənin planı istiqamətində olmamalı, düşmənin cədvəlinin pazıllarını tamamlamamalıdır. Bəzən mümkündür ki, bir nəfər qəflət edib bir hərəkət etsin və bir söz desin ki, düşmənin plan cədvəlini doldursun, bu, təhlükəlidir. Ehtiyatlı olmaq lazımdır ki, bu baş verməsin. Əgər biz ehtiyatlı olsaq, düşmən heç bir qələt edə bilməz, heç bir iş görə bilməz.
İmam Həsən Əskərinin ümidverici məktubu Plakat

İmam Həsən Əskərinin ümidverici məktubu

Şiələrin bir dəstəsi belə düşünürdülər ki, İmam Həsən Əskəri (ə) öz atalarının yolundan dönmüşdür. İmam Həsən Əskəri (ə) onlara (yazdığı) məktubunda buyurur: "Bizim niyyət və əzmimiz həmişə olduğu kimi möhkəmdir. Qəlbimiz sizin xoş niyyət və xoş düşüncələrinizlə hüzur tapır". Görün bu, şiələr üçün necə də enerji bəxşdir... Bu, İmam və tərəfdarları arasında olan həmin möhkəm təşkilati bir əlaqədir.
Hər təbəqə üçün istiğfar və tövbənin əhəmiyyəti Plakat

Hər təbəqə üçün istiğfar və tövbənin əhəmiyyəti

Allah-təala Quranda təkrar-təkrar bağışlanma diləmək və Allaha doğru tövbə etməyə əmr edir. Tövbə, yəni qayıdış. Bu qayıdış həm iman mərhələsindədir, həm də əməl və rəftar. Bizim səhlənkarlıqlarımız olub və (indi də) vardır. Özümüzü islah etməliyik və bunun da birinci dərəcəli əhəmiyyəti vardır. Mübarək "Hud" surəsi belə başlayır: "Bağışlayan və mehriban Allahın adı ilə. Əlif, Lam, Ra. Ayələri möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən ətraflı şəkildə izah edilmiş bir kitabdır. (Mənim dəvətim bundan ibarətdir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm. Öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra ona tərəf qayıdasınız". Yəni Quranın risaləti birinci növbədə tövhid məsələsidir. Dərhal Allaha qayıdış və Allahdan məğfirət diləməkdən söhbət gedir. Bu bütün təbəqələrə–peyğəmbərlərdən tutmuş aşağı dərəcədə olanlara qədər hamıya aiddir. Lakin istiğfar etməyimizə səbəb olan günah bizdə bir cür, pak və seçilmiş insanlarda isə başqa cürdür.
Xudbinlikdən istiğfar etməliyik Plakat

Xudbinlikdən istiğfar etməliyik

Xudbinlikdən istiğfar etməliyik. (Yalnız) Özünü istəmək Allahı istəməyin müqabilində dayanıb.