Bu gün İslamla düşmənçilik daha aşkardır Plakat

Bu gün İslamla düşmənçilik daha aşkardır

Bu gün qərblilərin İslamla düşmənçiliyi hər zamankındən daha açıq-aşkar görünür. Buna misal Qurani-Kərimə olan təhqirdir. Axmaq və cahil olan biri bir iş görür və hər hansı bir Qərb dövləti onu himayə edir. Quranı zəiflədə biləcəklərini düşünürlər, amma səhv edirlər. Bu işləri ilə özlərini zay edirlər.
İslam ölkələri birləşsələr, ABŞ daha zorakılıq edə bilməyəcək Plakat

İslam ölkələri birləşsələr, ABŞ daha zorakılıq edə bilməyəcək

Əgər İslam ölkələri birləşsələr hansı ölkə daha zorakılıq və oğurluq edə bilməyəcəkdir? Amerika. Əgər İran, İraq, Suriya, Livan, Ərəbistan, Misir və İordaniya kimi ölkələr öz əsas məsələlərində vahid bir xətlə hərəkət etməyi qəbul etsələr, zorakı qüdrətlər onların işlərinə dəxalət edə bilməyəcəklər.
Quran zülmə qarışı olmaqla yanaşı, zülmü qəbul edəni də məzəmmət edir Plakat

Quran zülmə qarışı olmaqla yanaşı, zülmü qəbul edəni də məzəmmət edir

Quran fasid qüdrətlər üçün təhdid hesab olunur. Çünki (Quran) həm zülmü məhkum edir və həm də zülmü qəbul etdiyinə görə zülmə boyun əyən insanı məzəmmət edir. Quran xalqı oyadandır. Quranla düşmənçilik edən şəxs insanların oyanışı ilə müxalifdir, zülmlə mübarizənin əleyhinədir.
Bütün bəşəriyyət Peyğəmbərə (s) borcludur Plakat

Bütün bəşəriyyət Peyğəmbərə (s) borcludur

İslamın əzəmətli Peyğəmbərinin, varlıq aləminin parlayan bu günəşinin bəşəriyyətin hər bir üzvünün boynunda haqqı vardır. Sözün həqiqi mənasında bəşəriyyətin hər bir fərdi o alicənab şəxsə borcludur. Əzəmətli Peyğəmbər (s) bəşəriyyətin bütün əsas dərdlərinin dərman reseptini bəşərə təqdim etdi.
Hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqlarının İnqilab Rəhbəri ilə görüşü Xəbər

Hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqlarının İnqilab Rəhbəri ilə görüşü

Rəhmət və hidayət peyğəmbəri olan Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günündə əhalinin bir qismi, hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqları 03.10.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqlarının İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqlarının İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər

Rəhmət və hidayət peyğəmbəri olan Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günündə əhalinin bir qismi, hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqları 03.10.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Müqavimət dedikdə nə nəzərdə tutulur? Plakat

Müqavimət dedikdə nə nəzərdə tutulur?

Müqavimət dedikdə kimin müqabilində müqavimət etmək nəzərdə tutulur? Bizim region– bu Qərbi Asiya məntəqəsi müxtəlif dəlillərə əsasən, dünyanın qüdrət ardınca olanlarının gözlərini dikdiyi məntəqələr sırasındadır. Təbii sərvətlərinə, coğrafi mövqeyinə görə, İslamın mərkəzi olduğuna və başqa müxtəlif dəlillərə görə böyük qüdrətlərin diqqət mərkəzində olub və dəxalət etmək istəyiblər. İndi də görürsünüz ki, dünya qüdrətləri harada bacarsalar oranı caynağına keçirir, dəxalət edirlər. Bunların müqabilində müqavimət göstərmək nəzərdə tutulur. Bu məntəqədə olmarına heç bir haqqı olmayan quldur qüdrətlərin müqabilində müqavimət mədəniyyəti geniş vüsət tapıbdır.
ABŞ-ın İran üzərində həyata keçirə bilməyəcəyi hərbi əməliyyat Plakat

ABŞ-ın İran üzərində həyata keçirə bilməyəcəyi hərbi əməliyyat

Müqəddəs Müdafiə illəri ölkəni ehtimal olunan hərbi hücumlardan bir çox həddə təhlükəsizliyini təmin etdi. Daimən deyirdilər ki, hərbi əməliyyat (variantı) da masanın üzərindədir, lakin masanın üzərində də qaldı (həyata keçmədi). Çünki bilirdilər ki, əgər meydana daxil olsalar, başlanğıcı onlar tərəfindən olsa da, sonu onlarlıq olmayacaqdır. Bunu Müqəddəs Müdafiə illəri göstərdi.
Müqavimət anlayışını Müqəddəs Müdafiə illəri gündəmə gətirdi Plakat

Müqavimət anlayışını Müqəddəs Müdafiə illəri gündəmə gətirdi

Müqəddəs Müdafiə illəri sərhədlərimizi genişləndirdi. Coğrafi sərhədləri nəzərdə tutmuram. Biz nə o gün, nə də bu gün coğrafi sərhədlərimizi genişləndirməyin ardınca olmamışıq. Başqa sərhədləri, məsələn, müqavimət sərhədini genişləndirdi. Bu gün müqavimət həm məfhum olaraq zehnlərdə yer alıb və həm də zahirdə öz yerini tutub. Fələstində müqavimət vardır, Qərbi Asiyada müqavimət vardır, müxtəlif ölkələrdə, o cümlədən İraqda, İranda və başqa yerlərdə müqavimət mövcuddur. Bu müqavimət anlayışını Müqəddəs Müdafiə illəri dünyada gündəmə gətirdi, inkişaf etdirdi və dünyanın bir çox yerlərində bərqərar etdi.
Bizə təlqin olunanların əksi baş verdi Plakat

Bizə təlqin olunanların əksi baş verdi

Tarix boyu bizə belə deyilmişdi və bizimlə belə rəftar olunmuşdu: "Siz bacarmazsınız, siz heç kim deyilsiniz və dünya qüdrətləri sizi bir işarə ilə yer üzündən silə bilərlər". Müqəddəs Müdafiə illəri göstərdi ki, xeyr, belə deyil. Bəzilərinin həyat və ümidlərinin bağlı olduqarı kəslərin hamısı əl-ələ verib bir millətin əleyhinə hərəkətə keçirlər və heç bir qələt də edə bilmirlər. (Müqəddəs Müdafiə illəri) Bunu İran millətinə göstərdi.