Universitet tələbələrinin Ayətullah Əl-Üzma Seyid Əli Xamenei ilə görüşündə o Həzrət Hüseynçi olaraq yaşamağı tövsiyə edib:
"Hüseyn əleyhissəlam hidayət çırağıdır. Həmişə Hüseynçi olaraq yaşayın və Hüseynçi olaraq da qalın".

Bu qısa söhbətin davamında Ayətullah Xamenei Ərbəin yürüşündə olduğu kimi, mənəviyyat və tövhid hakimiyyəti yolunu da əzmli olaraq keçməyi buyurdu:
"İnşallah, necə ki, möhkəm iradə ilə əzəmətli Ərbəin yürüşündə Kərbəlaya doğru hərəkət etdiniz, eləcə də bütün işlərdə, inşallah, mənəviyyat, həqiqət və tövhid hakimiyyətinin yolunu da həmin möhkəm əzmlə keçəcəksiniz".

İnqilab Rəhbəri sözlərinin davamında cavanlara belə buyurdu:
"Bu gün doğru yoldan sapdırmaq üçün şeytanın vəsvəsələri həmişəkindən daha çoxdur. Əgər bu vəsvəsələr müqabilində müqavimət göstərsəniz, o zaman zirvəni fəth edərsiniz, yəni Allah dininin, haqqın, ədalətin hakimiyyəti, o cümlədən insan yaradılışının və təkamülünün hədəfinə çatmaq zirvəsinə".

İmam Hüseynə (ə) olan bağlılığın qarşıda olan yolları açdığını bildirən İmam Xamenei belə qeyd etdi:
"İmam Hüseynin adı, onun yolu, İmam Hüseynə olan diqqət, Seyidüş-Şühəda Hüseyn ibn Əliyə təvəssül etmək (qarşıda olan) yolları açır".