Plakat
Allah-təala Quranda təkrar-təkrar bağışlanma diləmək və Allaha doğru tövbə etməyə əmr edir. Tövbə, yəni qayıdış. Bu qayıdış həm iman mərhələsindədir, həm də əməl və rəftar. Bizim səhlənkarlıqlarımız olub və (indi də) vardır. Özümüzü islah etməliyik və bunun da birinci dərəcəli əhəmiyyəti vardır. Mübarək "Hud" surəsi belə başlayır: "Bağışlayan və mehriban Allahın adı ilə. Əlif, Lam, Ra. Ayələri möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən ətraflı şəkildə izah edilmiş bir kitabdır. (Mənim dəvətim bundan ibarətdir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm. Öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra ona tərəf qayıdasınız". Yəni Quranın risaləti birinci növbədə tövhid məsələsidir. Dərhal Allaha qayıdış və Allahdan məğfirət diləməkdən söhbət gedir. Bu bütün təbəqələrə–peyğəmbərlərdən tutmuş aşağı dərəcədə olanlara qədər hamıya aiddir. Lakin istiğfar etməyimizə səbəb olan günah bizdə bir cür, pak və seçilmiş insanlarda isə başqa cürdür.