İsrailin kökü regionda kəsiləcək Video

İsrailin kökü regionda kəsiləcək

İslam Respublikasının qəti nəzəri budur ki, sionist rejimlə münasibəti normallaşdırmaq qumarını özləri üçün örnək və iş metodu hesab edən dövlətlər zərər görəcəklər və onları uduzmaq gözləyir, səhv edirlər. Avropalıların dili ilə desək, uduzan atın üzərində mərc edirlər. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvi gərək etməsinlər. Qəsbkar rejim getmək üzrədir. Bu gün Fələstin hərəkatı bu 70-80 il ərzində olduğundan daha gümrahdır. Müşahidə edirsiniz ki, bu gün fələstinli cavanlar, Fələstin hərəkatı, işğalçılıq, zülm və sionizm əleyhinə hərəkat həmişəkindən daha coşqulu, daha gümrah və daha hazırlıqlıdır. İnşallah, bu hərəkat nəticəyə çatacaqdır və alicənab İmam Xomeyninin (r.ə) qəsbkar rejimi xərçəng xəstəliyi adlandırdığı kimi, inşallah, Fələstin xalqının və müqavimət qüvvələrin öz əli ilə bu xərçəng xəstəliyinin kökü bütün regionda kəsiləcəkdir.
Qəsbkar rejim getmək üzrədir

Qəsbkar rejim getmək üzrədir

İnqilab Rəhbərinin xərçəng sionist rejiminin müqavimət və Fələstin xalqının əli ilə kökünün kəsilməsinə təkid etməsi Qəsbkar rejim getmək üzrədir Bu gün fələstinli cavanlar və Fələstin hərəkatı həmişəkindən daha coşqulu və daha hazırlıqlıdır
Hökumət məsulları və vəhdət konfransı qonaqları ilə olan görüşdəki çıxışı nəzərdən keçirmək Görüş xətti

Hökumət məsulları və vəhdət konfransı qonaqları ilə olan görüşdəki çıxışı nəzərdən keçirmək

Rəhmət və hidayət peyğəmbəri olan Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günündə əhalinin bir qismi, hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqları 03.10.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Sionist rejim ölmək üzrədir Plakat

Sionist rejim ölmək üzrədir

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 03.10.2023
Sionistlə münasibət yaradanlar uduzmağa məhkumdurlar Plakat

Sionistlə münasibət yaradanlar uduzmağa məhkumdurlar

İslam Respublikasının qəti nəzəri budur: Sionist rejimlə münasibətləri normallaşdırmaq qumarı uduzan ata mərc etmək kimi uduzmağa məhkumdur. Çünki bu gün Fələstin hərəkatı həmişəkindən daha canlı və daha hazırlıqlıdır və qəsbkar rejim aradan getməkdə və ölmək üzrədir.
Bu gün Peyğəmbərə beyətin mənası Klip

Bu gün Peyğəmbərə beyətin mənası

Ey Peyğəmbərimiz! Sənə beyət edənlərin (Allah-təala onların qəlblərində olandan xəbərdar idi) sadiqcəsinə olan beyətləri Allah-təalanın onların qəlbinə aramlıq və hüzur nazil etməsinə səbəb olur. İmam Xomeyniyə (r.ə) bu gün beyət edən şəxs (həqiqətdə) Peyğəmbərə (s) beyət etmişdir. Siz İmam Xomeyninin (r.ə) inqilab xəttini diri saxlamaqla, köhnəlməyə imkan verməməklə və köhnə rəngə boyanmasına əngəl olmaqla həqiqətdə Peyğəmbərə (s) beyət etmiş olursunuz. Siz bu gün inqilaba beyət etməklə, beyətinizi yeniləməklə Peyğəmbərə (s) beyət etmiş olursunuz.
Xərçəng xəstəliyinin kökü (sionizm) bütün regionda kəsiləcəkdir Plakat

Xərçəng xəstəliyinin kökü (sionizm) bütün regionda kəsiləcəkdir

İnşallah, Fələstin hərəkatı nəticəyə çatacaqdır və alicənab İmam Xomeyninin (r.ə) qəsbkar rejimi xərçəng xəstəliyi adlandırdığı kimi, inşallah, Fələstin xalqının və müqavimət qüvvələrinin əli ilə bu xərçəng xəstəliyinin kökü bütün regionda kəsiləcəkdir. ​
ABŞ regionda müharibə odunu alovlandıran əsas amildir Plakat

ABŞ regionda müharibə odunu alovlandıran əsas amildir

Birləşək və bu birləşməyimiz Amerikanın müharibə odunu alovlandırmasının qarşısını alsın. Onlar müharibə odunu alovlandırırlar. Region daxilindəki bu müharibələrin xarici bir amili vardır. Bu sərhəd ixtilafları və bu kimi məsələlər belə bir münaqişələri yarada bilməz və biz bunları bu bir neçə il müddətində bu məntəqədə müşahidə etdik. Təhrik edib müdaxilə etdilər, pul xərclədilər, şər insanları hərbçi olmayan məzlum xalqın müqabilində hərkətə vadar etdilər.
Əgər biz birləşsək, Amerika işlərimizə qarışa bilməz Plakat

Əgər biz birləşsək, Amerika işlərimizə qarışa bilməz

Şübhəsiz, heç bir ölkə xarici bir qüdrətin onun işlərinə qarışmasını istəməz, lakin məcbur qalıb təslim olurlar. Nə üçün? Çünki təkdirlər. Əgər birləşsək, Amerika zorakılıq və oğurluq etməyə, habelə bizim daxili işlərimizə qarışmağa cürət edə bilməyəcəkdir. Ölkə başçıları və xüsusi istedada malik şəxslər bu məsələ üzərində düşünsünlər və eyni zamanda da mənfəətlərini də hesablasınlar.
Qurana olunan təhqirə don geyindirməklə abırlarını aparırlar Plakat

Qurana olunan təhqirə don geyindirməklə abırlarını aparırlar

"Söz azadlığı" bəhanəsi və bu təkrar olunan yalan sözlərlə Qurana edilən təhqirə haqq qazandırlanlar öz abırlarını dünya xalqlarının gözü qarşısında aradan aparırlar. Görəsən, Quranın təhqir edilməsinə icazə verilən ölkələrdə sionist simvolları ilə müxalifətçiliyə icazə verirlərmi? ​