ABŞ-ın bəşər və Qəzza əleyhinə olan utancverici siyasəti Plakat

ABŞ-ın bəşər və Qəzza əleyhinə olan utancverici siyasəti

Amerikanın bəşər əleyhinə olan utancverici siyasətləri Qəzzada soyqırım mövzusunda bir yerə gəlib çatır ki, ABŞ-ın hərbi zabiti özünü yandırır.
Bəzi İslam dövlətləri xəyanətlərinin cəzasını alacaq Plakat

Bəzi İslam dövlətləri xəyanətlərinin cəzasını alacaq

Təəssüflər olsun ki, İslam dünyasında məzlum Qəzza əhalisinin düşməninə kömək edən kəslər və dövlət vardır. İnşallah, bir gün özləri də peşman olub bu xəyanətin cəzasını və gördükləri işin faydasız olduğunu görəcəklər.​
Zalım sivilizasiyanın şölələri Plakat

Zalım sivilizasiyanın şölələri

Qərb sivilizasiyası budur. ABŞ və Qərbin qeyri-insani siyasətinin rüsvayçılığı o yerə çatıb ki, Amerika Hərbi Hava Qüvvələrinin bu zabitinin özünü yandırdığını eşitmisiniz. Yəni o mədəniyyətdə tərbiyə alan gənc üçün də ağır gəlir, hətta onun da vicdanı sızıldayır. Təbii ki, bir nəfər deyil, min nəfər özünü yandırmalı idi, amma fəsada qərq olmaq (vicdanların oyanmasına) imkan vermir. İndi (bunların içindən) kiminsə təsadüfən vicdanı oyanıb özünü yandırdı. Qərb mədəniyyəti özünü tanıtdı, ifşa etdi və nə qədər fasid, nə qədər azğın, necə də zalım olduğunu ortaya qoydu.​
Qəzzalılara öz ölkələrində zülm olunur Plakat

Qəzzalılara öz ölkələrində zülm olunur

Bir millət öz ölkəsində böyük bir zülmə məruz qalır; qadınları, uşaqları və evləri tam rəhimsizcəsinə məhv edilir. Amerika ,İngiltərə və bəzi Avropa ölkələri nəinki buna mane olmurlar, hətta kömək də edirlər. Biz bunlarla müxalifik.​
İranın düşmənləri xalqın seçkilərdə iştirakından qorxurlar Plakat

İranın düşmənləri xalqın seçkilərdə iştirakından qorxurlar

Seçkilər milli gücü və xalq gücünü göstərən amildir. Amerika, Avropaya hakim siyasət, sionistlərin siyasəti, sərmayədarların və dünyanın böyük kompaniya sahiblərinin siyasətləri hər kəsdən daha çox xalqın iştirakından qorxurlar. Nə üçün? Çünki gördülər ki, əgər bu millət meydanda olsa, mütləq, problemlərin öhdəsindən gələcəkdir.​
Ölkəni seçki vasitəsilə idarə edən xalqdır Plakat

Ölkəni seçki vasitəsilə idarə edən xalqdır

Millətin seçki məntəqəsində iştirakı onların ölkənin mühüm idarə sahələrində iştirakını göstərir. Bu, ölkə üçün böyük bir sərvətdir. Əgər biz ölkənin mühüm sahələrində millətin iştirakını dünyaya göstərə bilsək, demək, ölkəyə nicat vermişik.​
Bu seçkilərdə dost və düşmənin gözü İrandadadır Plakat

Bu seçkilərdə dost və düşmənin gözü İrandadadır

Bu gün həm İran millətini istəyənlərin, həm bədxahların və həm də milli və siyasi mötəbər mövqelərə sahib olanların gözü İrandadır və istəyirlər ki, görsünlər, İran milləti bu seçkilərdə nə edir və nəticə nə olacaqdır.​
İslam cəbhəsi Liberal cəbhə ilə qarşı-qarşıyadır Plakat

İslam cəbhəsi Liberal cəbhə ilə qarşı-qarşıyadır

İslam Respublikasının vücuda gəlməsi dünyada iki qütblük yaradan bir zəlzələ idi. Bir cəbhə liberal demokratiya, bir cəbhə də İslama bağlı cümhuriyyət. Liberal demokratiyanın zatında zülm mövcuddur, lakin dinə əsaslanan xalqmehvər cəbhənin ən mühüm məsələsi zülmlə üz-üzə dayanmaqdır.
Qurani-Kərimlə ünsiyyət məclisindən foto görüntülər - 1445-ci qəməri ili Fotolar

Qurani-Kərimlə ünsiyyət məclisindən foto görüntülər - 1445-ci qəməri ili

12.03.2024-cü il tarixdə mübarək Ramazan ayının ilk günü günorta saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin hüzurunda “Quranla ünsiyyət məclisi” keçirilib.​
Qurani-Kərimlə ünsiyyət məclisi - 1445-ci qəməri ili Xəbər

Qurani-Kərimlə ünsiyyət məclisi - 1445-ci qəməri ili

12.03.2024-cü il tarixdə mübarək Ramazan ayının ilk günü günorta saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin hüzurunda “Quranla ünsiyyət məclisi” keçirilib.