Bir qrup ilk dəfə səs vermə hüququna sahib olan 18 yaşlı gənclər və şəhid ailələrinin İnqilab Rəhbəri ilə görüşünün foto görüntüləri Fotolar

Bir qrup ilk dəfə səs vermə hüququna sahib olan 18 yaşlı gənclər və şəhid ailələrinin İnqilab Rəhbəri ilə görüşünün foto görüntüləri

İslam Şurası Məclisinin (Milli Məclis) 12-ci dövr və Xübrəqan Məclisinin (Vəliyyi-Fəqihi seçən və ona nəzarət edən şura) 6-cı dövr seçkiləri ərəfəsində bir qrup ilk dəfə səs vermə hüququna sahib olan 18 yaşlı gənclər və şəhid ailələri 28.02.2024-cü il tarixdə çərşənbə günü səhər İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Qərbin insan hüquqlarında ikili standartları Plakat

Qərbin insan hüquqlarında ikili standartları

Daim riyakar formada bəşər hüquqdan danışan Qərb sivilizasiyası bir cinayətkarın edam olunmasına qarışıdır və buna görə səs-küyləri yüksəlir. Lakin sionist rejim tərəfindən üç-dörd ay ərzində 30 min nəfərin edam olunması müqabilində sanki heç bir hadisə baş verməmiş kimi gözlərini yumurlar.
Nə liberal, nə də demokratik Qərb Plakat

Nə liberal, nə də demokratik Qərb

Zahiri ütülənmiş görünən Qərb siyasətçilərinin batini quduz it və qaniçən canavardır. Bu, Qərbin liberal-demokratiya sistemidir. Nə liberaldırlar, nə də demokrat. Yalan deyirlər və nifaq əsasında öz işlərini irəli aparırlar.
Dedikləri ilə əməlləri düz gəlməyən Qərb Plakat

Dedikləri ilə əməlləri düz gəlməyən Qərb

Bəzi qərblilər dildə deyirlər ki, İsrail niyə qətliam törədir? Dildə bir şey deyirlər, amma əməldə dəstək olur, silah və ehtiyac duyulan mallar verirlər.
Qəzza hadisəsi Qərb gənclərinin Qurana üz tutmasına səbəb oldu Plakat

Qəzza hadisəsi Qərb gənclərinin Qurana üz tutmasına səbəb oldu

Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
Sionist rejimə dəstək dayandırılmalıdır Plakat

Sionist rejimə dəstək dayandırılmalıdır

Bu gün ən zəruri iş budur ki, qəsbkar sionist rejimə dəstəklər dayandırılsın və Qəzza əhalisi, Fələstin xalqı və Fələstin müqavimətinə mümkün olan hər növ dəstək və köməklik olunsun.
Quranın hidayətinə ehtiyacımız var Plakat

Quranın hidayətinə ehtiyacımız var

Quran hidayət kitabıdır və bizim hamımızın da hidayətə ehtiyacımız vardır. Quran xəbərdarlıq kitabıdır. Yəni istər bu dünyada, istərsə də axirətdə bəşəri təhdid edən xətərlərə nisbət xəbərdarlıq.
Müsəlman rəhbərlər Qurana əməl edirlərmi? Plakat

Müsəlman rəhbərlər Qurana əməl edirlərmi?

İslam dünyasında çoxlarının Quranla ünsiyyəti yoxdur və bu, acı bir həqiqətdir. Müsəlman ölkə başçıları Qəzza (hadisəsi) zəminində Quranın təliminə əməl edirlərmi? Quran bizlərə buyurur: "Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər." Qəzza barəsində bu ayəyə əməl edilirmi?
Qadın bütün sahələrdə irəliləməlidir Plakat

Qadın bütün sahələrdə irəliləməlidir

Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
İslam ölkələri rəhbərləri niyə əlaqələri kəsməyi elan etmirlər? Plakat

İslam ölkələri rəhbərləri niyə əlaqələri kəsməyi elan etmirlər?

Nə üçün İslam ölkələri başçıları qatil və xəbis sionist rejimlə öz əlaqələrini, kömək və dəstəklərini kəsməyi aşkar şəkildə elan etmirlər? Quran buyurur: "Mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın". Bu ayəyə əməl olunurmu? Quran buyurur: "Kafirlərə qarşı şiddətli olarlar". Bu kəskin reaksiya (zahirdə) göstərilirmi?