12.03.2024-cü il tarixdə mübarək Ramazan ayının ilk günü günorta saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin hüzurunda “Quranla ünsiyyət məclisi” keçirilib.
Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei qəzzalıların səbrlərinin zirvəsinin Quranla ünsiyyətdən doğduğunu qeyd etdi:
"(Qəzzalıların) Qəzzada səbrin zirvəsini dünyaya göstərə bilməsi o xalqın Quranla ünsiyyətindən irəli gəlir".
Qəzzada baş verənlərin iki tərəfdən də pik həddə olduğunu bildirən o Həzrət belə buyurdu:
"Bu gün Qəzzada baş verən işlər iki tərəfdən pik həddədir. Bir tərəfdən sionistlərlə Qərb sivilizasiyasının cinayət və qaniçənliyi, o biri tərəfdən də xalqın misilsiz səbir və müqaviməti, HƏMAS-ın və Qəzzada mövcud olan Fələstin müqavimətinin döyüş gücü".
İnqilab Rəhbəri nəticədə fələstinlilərin sionistlərin burnunu yerə sürtəcəklərini vurğuladı:
"Bir neçə aydır ki, sionistlər Amerika və digərlərinin müxtəlif silah-sursatları, xaincəsinə və zalimanə yardımları hesabına Fələstin müqaviməti ilə döyüşürlər. Müqavimət də orada o cür qüdrət və duruş gətirməyi ilə mövcuddur və Allahın tövfiqi ilə sionistlərin burnunu yerə sürtəcəkdir".
Ayətullah Xamenei müqavimət düşməninə kömək etməyin haram olmasını qətiyyətlə vurğuladı:
"İslam dünyasının dini vəzifəsidir ki, hər kəs hər hansı formada bacarırsa, Qəzzaya kömək etsin. Müqavimət düşməninə kömək etmək hər kəs tərəfindən olursa-olsun, mütləq haram və həqiqi bir cinayətdir".
O Həzrət sözlərinin davamında bəzi İslam dövlətlərinin etdikləri xəyanətlərinin cəzasını alacağını bildirdi:
"Təəssüflər olsun ki, İslam dünyasında məzlum Qəzza əhalisinin düşməninə kömək edən kəslər və dövlət vardır. İnşallah, bir gün özləri də peşman olub bu xəyanətin cəzasını və gördükləri işin faydasız olduğunu görəcəklər".