Müsəlman Quran tilavət etmədən bir gün keçirməsin Plakat

Müsəlman Quran tilavət etmədən bir gün keçirməsin

Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.​
Ramazan ayının hər anının qədrini bilməliyik Plakat

Ramazan ayının hər anının qədrini bilməliyik

Biz bu gecələrin, bu günlərin və bu duaların qədrini bilməliyik. Əgər (düzgün) dəyərləndirə bilsək, bu dualara, onların məzmununa diqqət yönəltməyin çox dəyəri vardır. Bunlar bizim daxilimizdə olan dərdlərin əlacıdır ki, bədbəxtlikdən, bəşər bütün dövrlərdə bunlara mübtəla olmuşdur.​
Quran qiraətinin özü dəyərlidir. Plakat

Quran qiraətinin özü dəyərlidir.

Quran qiraətinin özü dəyərlidir. Allah-təalanın yaratdığı ən əzəmətli və vücudu müqəddəs olan varlığa, yəni Peyğəmbərə (s) göstəriş verir ki, qiraət et! (Quran da bu barədə buyurur:) "Bacardığınız qədər onu qiraət edin".​
Quran tilavətini təfsirə doğru aparmaq lazımdır Plakat

Quran tilavətini təfsirə doğru aparmaq lazımdır

Quran tilavətini Quran tərcüməsi və təfsirinə doğru yönəldin ki, bu iş (Quranda) dərin təfəkkür etməyə səbəb olsun. Birinci iş Quranın tərcüməsidir. Həqiqətən, belə olmalıdır ki, ölkədə müxtəlif gənclər və yeniyetmələr cəmi arasında Quran ayəsi oxunarkən ayənin məzmununu hər kəs anlasın, ayələri əzbər bilib, bu ayələrdən yararlansınlar. Bu, ölkə və cəmiyyətin dini mərifətinin inkişaf səviyyəsinə kömək edir.
Ramazan ayının xüsusiyyətləri barədə düşünməyə dəyər Plakat

Ramazan ayının xüsusiyyətləri barədə düşünməyə dəyər

Həm mübarək “Səhifeyi-Səccadiyə” kitabında olan, həm də Ramazan ayı üçün olan başqa dualarda bu ayın sifətləri qeyd edilib. Bu sifət və xüsusiyyətlərin hər biri üzərində dərindən düşünməyə dəyər.​
İslamın prinsipi buna əsaslanır... Plakat

İslamın prinsipi buna əsaslanır...

İslam əsasında yaranan bir hökumətin əsas işi "Zülm etməyin" və "Zülmə baş əyməyin" məsələsidir.
Fələstinlilər sionistlərin burnunu yerə sürtəcəklər Plakat

Fələstinlilər sionistlərin burnunu yerə sürtəcəklər

Bir neçə aydır ki, sionistlər Amerika və digərlərinin müxtəlif silah-sursatları, xaincəsinə və zalimanə yardımları hesabına Fələstin müqaviməti ilə döyüşürlər. Müqavimət də orada o cür qüdrət və duruş gətirməyi ilə mövcuddur və Allahın tövfiqi ilə sionistlərin burnunu yerə sürtəcəkdir.​
Qəzzadakı soyqırım bir qərblinin də vicdanını sarsıdır Plakat

Qəzzadakı soyqırım bir qərblinin də vicdanını sarsıdır

Qəzzada soyqırım, hətta Qərb mədəniyyəti ilə tərbiyə olunmuş bir gənc üçün də ağır gəlir, vicdanı əzab çəkir və özünü yandırır.​
Qərb mədəniyyəti Qəzza məsələsində özünü göstərdi Plakat

Qərb mədəniyyəti Qəzza məsələsində özünü göstərdi

Qəzza hadisəsində Qərb mədəniyyəti özünü tanıtdı, özünü çılpaq formada göstərdi və özünün nə qədər fasid, azğın və zalım olduğunu (bilmədən) üzə çıxardı.​
Qəzzalıların səbrlərinin zirvəsi Quranla ünsiyyətlərindədir Plakat

Qəzzalıların səbrlərinin zirvəsi Quranla ünsiyyətlərindədir

(Qəzzalıların) Qəzzada səbrin zirvəsini dünyaya göstərə bilməsi o xalqın Quranla ünsiyyətindən irəli gəlir.​