Keçən ilin ən acı hadisəsi Qəzza hadisəsi idi Plakat

Keçən ilin ən acı hadisəsi Qəzza hadisəsi idi

1402-ci il bütün illər kimi şirin və acılarla, arzu olunan və arzu olunmayan hadisələrlə dolu idi. Şəhid Süleymaninin il dönümündə Kirmanda baş verən acı hadisə, ilin sonlarında Bəlucistan seli, bu aylar ərzində təhlükəsizliklik məmurları və təhlükəsizliyi qoruyanların başına gələn hadisələr acı hadisələr sırasında idi və bunlardan da daha acı olan bizim beynəlxalq problemimiz olan Qəzza hadisəsi idi.​
Dövlət rəsmilərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Dövlət rəsmilərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər

Ramazan ayının 23-cü günü Ədliyyə naziri, dövlət işçiləri, millət vəkilləri və bir qrup sabiq ictimai və mədəniyyət fəalları bu gün 03.04.2024-cü il tarixdə günorta saatlarından sonra İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Dövlət rəsmilərinin İnqilab Rəhbəri ilə görüşü Xəbər

Dövlət rəsmilərinin İnqilab Rəhbəri ilə görüşü

Ramazan ayının 23-cü günü Ədliyyə naziri, dövlət işçiləri, millət vəkilləri və bir qrup sabiq ictimai və mədəniyyət fəalları bu gün 03.04.2024-cü il tarixdə günorta saatlarından sonra İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Əxlaqi xəstəliklərin şəfaverici dərmanları Plakat

Əxlaqi xəstəliklərin şəfaverici dərmanları

Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.​
İradənin bəyənilməyən adətlərə qalib gəldiyi bir ay Plakat

İradənin bəyənilməyən adətlərə qalib gəldiyi bir ay

Bəzən insan öz həvayi-nəfsinə qalib gələ bilməyəcəyini özünə təlqin edir. Ramazan ayının orucu (insanın) iradə etdiyi an qalib gələ biləcəyini sübut edir. Bizlərdə olan və maddi-mənəvi cəhətdən geriləməyimizə səbəb olacaq xoşagəlməz adətlərdən iradə və təvəkkül etməklə qurtulmaq mümkündür.​
Cinayətkarları etdiklərinə peşman edəcəyik Plakat

Cinayətkarları etdiklərinə peşman edəcəyik

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İslamın rəşadətli generalı olan SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və bir qrup silahdaşlarının şəhadəti münasibətilə mesajı: Allahın izni ilə, onları (cinayətkarları) bu və buna bənzər cinayətləri etdiklərinə peşman edəcəyik.
Dua etmək fürsəti Plakat

Dua etmək fürsəti

Ramazan ayı dua ayıdır. Duaları unutmayın. Ramazan ayı haqda hədislərdə gələn dualar qənimət bilməyiniz gərəkən nemət və fürsətlərdən biridir. Əbu Həmzə Sumali, İftitah, Cövşən-Kəbir duası və Ramazan ayının gündüzlər, gecələr, sübh namazından əvvəl və bu ayın başqa məxsus saatlarında oxunan və hədislərdə gələn dualar, həqiqətən də, böyük İlahi nemətlərdəndir.​
SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin şəhadətə çatması münasibətilə mesaj Mesaj

SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin şəhadətə çatması münasibətilə mesaj

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın rəşadətli generalı SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin qəsbkar və mənfur sionist rejimin əli ilə şəhid olması münasibətilə belə vurğuladı:" Allahın izni ilə, onları bu və bu kimi cinayətləri törətdiklərinə peşman edəcəyik".
Qədr gecələrinə daxil olmağa hazırlıq Plakat

Qədr gecələrinə daxil olmağa hazırlıq

Müqəddəs Qədr gecəsinə daxil olmağa hazırlıq üçün Ramazan ayında qəlblərinizi İlahi zikrlə bacardığınız qədər nurlandırın. Çünki "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işin (təqdiri üçün) yerə enərlər". O gecə mələklərin yeri səmaya bağladığı, qəlblərə nur yağdırdığı, yaşayış mühitini Allahın fəzl və lütf nuru ilə nurani etdiyi bir gecədir.​
Ramazan ayının zirvəsi olan Qədr gecələri Plakat

Ramazan ayının zirvəsi olan Qədr gecələri

Ramazan ayının zirvəsi Qədr gecəsi günləri və mübarək Qədr gecələridir. Biz bu zirvəyə (Qədr gecəsinə) gəlib çatmışıq; biz aləmlərin Rəbbinə misilsiz təvəssül, yalvarış, dua və ondan (acizanə) tələb etmək fürsətindən istifadə etməliyik...Özünüz, bütün din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin, Allahdan istəyin və o duaların icabətə yetişməsindən əmin olun.​