Bağışlayan və mehriban Allahın adı ilə
"Allahın rəhmət və salamı əziz şəhid Mustafa Sədrzadəyə və bütün haqq yolunun ixlaslı şəhidlərinə olsun".
Seyid Əli Xamenei
Şəhriyar şəhəri sakini gənc hərəm müdafiəçisi Mustafa Sədrzadə 2015-ci ilin Tasua günü Suriyanın Hələb bölgəsində şəhid olub. İslam İnqilabının Rəhbəri müxtəlif görüşlərdə bu şəhidin xatirəsini anaraq onun gənc nəsil üçün örnək olduğunu qeyd edib.
21.08.2023-cü il tarixdə səhər saatlarında "Mustafa kimi" adlı mərasim zamanı İnqilab Rəhbərinin "Sənin adın Mustafadır" və "Doqquzuncu günün əsgəri" adlı kitablara iki ürək sözü nəşr olundu.
Şəhidin balaca övladları vardır,–təbii ki, cavandır və iki-üç övladı vardır,– bunlara bağlıdır, xanımına bağlıdır, ata və anasına məhəbbəti vardır, lakin Allaha görə, habelə dinin, İslamın və inqilabın müdafiəsindən ötrü öz övlad və xanımına olan şiddətli məhəbbətindən keçir, bunları tərk edir və gedir.
Şəhid üçün şəhid olduğu an onun ilkin rahatlıq anı olsa da, ata-anası və həyat yoldaşı üçün ilk əziyyətləridir. Şəhid bu dünyadan gedəndə Allah qatında Allahın öz qonağı olur, ruzisini Allah özü verir və onun ilkin rahatlığıdır. Bəs ata, ana və həyat yoldaşı üçün necə? Əzizlərinin şəhid olduğunu eşidəndə onların iztirabları elə oradaca başlayır, daha bitmək bilmir.
Mən öz övladlarını özləri dəfn edən və dəfn hazırlıqlarını özləri görən şəhid analarını ziyarət etmişdim. Məgər bunlar zarafatdır? Əgər biz bunları görməsəydik və görən şəxslərdən də eşitməsəydik, ümumiyyətlə inanılası bir şey deyildi, amma bunlar baş veribdir.
Cihad adı gələndə insanın gözünün qarşısına ilk olaraq meydanda döyüşən gənc döyüşçü gəlir. Bəli, o, Allah yolunda mücahiddir. Lakin təkcə o, deyil, meydandan kənarda olan mücahidlər də vardır. Evində döyüşçülər üçün çörək bişirən xanım da mücahiddir.
Gənclərimizə örnək lazımdır. Şəhidlər örnəkdirlər. Bunların xatirəsi yaşamalıdır. Şəhidlərin xatirəsini kim yaşada bilər? Ataları, anaları, həyat yoldaşları və ailələri.
Şəhidlər İran tarixinin ən həssas bir dönəmində taleyi əvəz etdilər. İslam İnqilabı ölkəni dini və siyasi tənəzzülə doğru getməkdən hifz etmək üçün baş verdi və hifz etdi də. Daha sonra Səddam hərbi hücum etdi. Bu şəhidlər idilər ki, səkkiz il müqavimət göstərdilər.
Şəhidlər ölkəmizin qəhrəmanlarıdır. Bəzən bir xalq arasında bir nəfər qəhrəman kimi tanınır. Onun həyat xatirələri və təfərrüatları insanlar üçün əhəmiyyət kəsb edir. Şəhidlərimizin hamısı qəhrəmandırlar.
İnqilab Rəhbəri 2044 Səbzivar şəhidləri və eləcə də 2498-dən çox Nişapur şəhidlərinin Milli Anım Konqresi iştirakçıları və bu iki şəhərin bir qrup şəhid ailəsi ilə görüşüb.
Şəhidin xatirəsini qorumaq cihaddır, şəhid yetişdirənin xatirəsini qoruyub saxlamaq da cihaddır. Şəhidi yetişdirən kimdir? Həqiqətdə o, ata, ana, müəllim, şəhidin həyat yoldaşı və yaxşı dostdur. Onu hansı şəkildə qorumaq lazımdır? Kitab, yazıçılıq, divar rəsmləri və s. ilə. Bunların hamısı yaxşıdır, amma buna nail olmağa çalışın və incəsənəti bu işin xidmətində qərar verin.