Bir qrup şəhid ailəsi bu gün səhər 25.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei şəhidlərin İranın taleyini əvəz etməsini vurğulayaraq belə buyurdu:
"Şəhidlər İran tarixinin ən həssas bir dönəmində taleyi əvəz etdilər. İslam İnqilabı ölkəni dini və siyasi tənəzzülə doğru getməkdən hifz etmək üçün baş verdi və hifz etdi də. Daha sonra Səddam hərbi hücum etdi. Bu şəhidlər idilər ki, səkkiz il müqavimət göstərdilər".
Şəhidlərin ən üstün qəhrəmanlar olduğunu qeyd edən o Həzrət buyurdu:
"Məmləkətimizdə şəhidlərdən üstün qəhrəman yoxumuzdur".
Ayətullah Xamenei sözlərinin davamında şəhidlərin qəhrəmanlığından danışaraq belə qeyd etdi:
"Şəhidlər ölkəmizin qəhrəmanlarıdır. Bəzən bir xalq arasında bir nəfər qəhrəman kimi tanınır. Onun həyat xatirələri və təfərrüatları insanlar üçün əhəmiyyət kəsb edir. Şəhidlərimizin hamısı qəhrəmandırlar".
Ölkə gəncləri üçün örnəyin şəhidlər olduğunu bildirən İnqilab Rəhbəri belə buyurdu:
"Gənclərimizə örnək lazımdır. Şəhidlər örnəkdirlər. Bunların xatirəsi yaşamalıdır. Şəhidlərin xatirəsini kim yaşada bilər? Ataları, anaları, həyat yoldaşları və ailələri".