Həzrət Ayətullah Xamenei Avropadakı İslam Tələbə Cəmiyyətləri İttifaqının 59-cu illik toplantısına göndərdiyi mesajda Amerika ordusu və onun bölgədəki üzüqara əlaltısının ağır hücumunun İslami olan İran gənclərinin təşəbbüsü, şücaəti və fədakarlığı sayəsində məğlubiyyətə uğradığını vurğulayaraq qeyd etdi: fasid və fəsad törədən zorakıların pərişanlığının əsas səbəbi nüvə məsələsi deyil, İslam məmləkəti olan İran tərəfindən dünyada ədalətsiz nizama və hegemonluq sisteminin zorakılığına qarşı mübarizə bayrağının qaldırılması və milli, eləcə də beynəlxalq səviyyədə ədalətli İslam nizamına yönəlişidir.