13/11/2025
Səfirliklər yerləşdikləri ölkə haqqında məlumat toplayırlar. Bunun heç bir eybi yoxdur. Lakin 1978-ci ilin 4 noyabr tarixində gənclərimiz Amerika səfirliyini ələ keçirdilər və səfirliyin İslam inqilabını aradan aparmaq üçün bir fitnə mərkəzi olduğunu göstərən sənədlər tapdılar.      Ayətullah Əl-Üzma Seyid Əli Xamenei    03.11.2025 
12/11/2025
Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.  Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.  Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.  Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur. 
14/08/2025
Əba Əbdillah Hüseyn (ə) və o Həzrətin vəfalı tərəfdarlarının şəhadətinin Ərbəini günü ölkə boyu universitet tələbələrdən ibarət heyətlərin əzadarlıq mərasimi 14.08.2025-cü il tarixdə cümə axşamı günü günorta saatlarından qabaq İmam Xomeyni (r.ə) hüseyniyyəsində baş tutdu.
14/08/2025
Əba Əbdillah Hüseyn (ə) və o Həzrətin vəfalı tərəfdarlarının şəhadətinin Ərbəini günü ölkə boyu universitet tələbələrdən ibarət heyətlərin əzadarlıq mərasimi 14.08.2025-cü il tarixdə cümə axşamı günü günorta saatlarından qabaq İmam Xomeyni (r.ə) hüseyniyyəsində baş tutdu.
29/07/2025
İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur.