İmamların mövlud bayramlarında biz keçmişi ehtiramla yad edirik, amma Nimeyi-Şaban bayramında bütün baxışlar gələcəyə yönəlir. Yəni bu baxış özü ilə iki şeyi daşıyır: biri ümid, digəri isə səy. Ən ağır çətinlik və sıxıntılar içində olan qəlbləri iztirablı insanlar gözləri önündə nurlu və cənnətvari bir dünyaya açılan parlaq və işıqlı bir pəncərə görürlər və gələcəyə ümid bəsləyirlər.
Seyid Əli Xamenei
02.06.2015
İmam Cavad (əleyhissalam) batillə mübarizənin təcəssümü idi. O, Allahın hökuməti uğrunda mübarizə aparırdı. O, Allaha və Qurana görə mübarizə aparırdı və qüdrətlərdən qorxmurdu. İmam, əslində, İran xalqının bu gün əl-ələ verərək izlədiyi bu hərəkatın İmamı, örnəyi və öndəri idi.
Seyid Əli Xamenei
08.09.1983
İmam Cavadın və İmam Rzadan ta Həzrət Mehdiyə (ə.f) qədər olan sonrakı bu üç imamın məqsədi bu idi ki, Ələvi və Qurani əsaslara dayanan bir hökumətin qurulmasının zəruriliyinə dair, sona çatmayan bir şiə əqidəsinin formalaşması üçün zəmin hazırlasınlar. Onlar bu əsasda bir təşkilat yaratmaq istəyirdilər. Bu təşkilat daxilində müəyyən bir düşüncə tərzini yaymaq, bu quruluşu o qədər möhkəmlətmək və bir-birinə elə bağlamaq istəyirdilər ki, İmam Zamanın (ə.f) qeybə çəkilməsi ilə bu quruluş dağılmasın. Bu, o dövrün xəlifələrinin ciddi şəkildə qorxduğu bir məsələ idi.
Seyid Əli Xamenei
17.08.1985
Məhz bu, Həzrət Məhdi (ə) haqqında müxaliflərin irəli sürdüyü və daim təkrarladıqları yeganə etirazdır. Lakin Qurani-Kərim bu ağlabatan olmamaq şübhəsini açıq-aşkar aradan qaldırır.
Şiələr arasında olan bu etiqad və inancın ən böyük xüsusiyyəti ümid yaratmaqdır. Şiə cəmiyyəti təkcə öz keçmişdəki öz tarixinin əsas üstün məqamlarına əsaslanmır, gələcəyə də baxır. Şiə inancına görə, məhdəviyyət məsələsinə etiqadı olan bir nəfər ən çətin şəraitdə belə, qəlbi heç zaman ümidsiz olmur və həmişə onda ümid şöləsi mövcuddur.
Haradadır zalımların kökünü kəsmək üçün hazırlanmış şəxs?
Haradadır sapma və əyriliyi düzəltmək üçün intizarı çəkilən?
Haradadır zülmü və düşmənçiliyi aradan qaldırmaq üçün ümid edilən?