Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
Bu dəvəti eşitmək lazımdır. Qəlbi, zahiri və batini gözləri açmaq lazımdır. Bu dərsləri öyrənmək və onlardan faydalanmaq üçün iradəni möhkəmləndirmək lazımdır. Hər kəs öz gücü ölçüsündə bu yolda addım ata bilər; alimlər, ziyalılar, siyasi və ictimai mövqeyə sahib olanlar isə digərlərindən daha artıq məsuliyyət daşıyırlar.
Cəmiyyətimizdə kitaba qarşı laqeydlik mövcuddur. Bəzən insan televiziyada ondan-bundan (mütaliə barədə) soruşulduğunu görür: "Cənab, gündə neçə saat mütaliəyə vaxt ayırırsınız?" və ya "Nə qədər vaxt kitab oxumağa sərf edirsiniz?" Biri deyir beş dəqiqə, biri deyir yarım saat! İnsan təəccübə gəlir. Biz gəncləri və uşaqları kitab oxumağa alışdırmalıyıq, çünki bu, onların həyatlarının sonuna qədər onlarla birlikdə olacaqdır.
Nağıl danışmaq çox gözəl incəsənətdir. Yaxşı hekayələr uşağın şəxsiyyətini formalaşdırır. Analarımızdan, nənələrimizdən eşitdiyimiz həmin köhnə nağılları gözdən keçirdikdə, onlarda nə qədər hikmət olduğunu görürük. İnsan öz xüsusiyyət və düşüncələrini dərindən araşdırdıqda (kökünün) bu hekayələrə gedib çıxdığını görür. Yaxşı hekayə çox mühüm bir məsələdir. Çalışın bu nağıl danışmaqda və bu incəsənətdə uşaqda yaratdığınız ilk şey iman olsun.
İmam Həsən Əskəri (ə) öz tərəfdarı olan qrupu özünə yaxın hesab edir və buyurur ki, bizimlə sizin aranızda yaxın qohumluq münasibəti vardır. Yəni biz ata-oğul və qardaş kimi birinci dərəcəli qohumuq və mömin də möminin qardaşıdır. Yəni iki mömin arasındakı əlaqə bir ata və anadan olan qardaşlıq bağıdır, ögey qardaş deyil. Mömin dedikdə kim nəzərdə tutulur? İmam Əskərinin yolu ilə gedən kəs nəzərdə tutulur. Bu, İmamla onun tərəfdarları arasında möhkəm təşkilati əlaqədir.
Allahın adı ilə
Salam olsun göz yaşları şəhidinə
Mehriban və candan əziz olan ata, İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameneinin mübarək hüzuruna
Salam ərz edirik. Mənnan olan Allahın lütfü və Əmirəl-möminin və Seyidüş-Şühədanın köməyi ilə övladlarınızdan bir qrupu tövfiq dapdılar ki, dəstə halında Ərbəin ziyarətinə getsinlər.
Dəyərli və canyandıran ata, çoxlu xeyiri olan mənəvi səfərin astanasında, bu dəyərli ziyarətin mümkün qədər daha yaxşı bərqərar və səmərəli olması üçün öz mərhəmət və müşviqanə olan göstərişlərinizdən bizi faydalandırmanızı xahiş edirik.
Bu cəm- sizin övladlarınız və davamçılarınızın hamısı bütün hallarda sizin dəyərli və nazənin vücudunuz üçün dua edirlər. Sizin duanıza ehtiyaclıyıq.
Mədəniyyət və tərbiyə məcmuəsinin bir qrup şagird və məktəb məzunları
Ötən günlərdə Tehran məktəblərindən birinin şagird və məzunlarının Kərbəlaya və İmam Hüseynin (ə) Ərbəin ziyarətinə yola düşməzdən öncə öz məktublarında Ayətullah Xameneidən Ərbəin yürüşünün daha da səmərəli və faydalı olmasından ötrü tövsiyələr etməsini istəyiblər.
Şəhidin balaca övladları vardır,–təbii ki, cavandır və iki-üç övladı vardır,– bunlara bağlıdır, xanımına bağlıdır, ata və anasına məhəbbəti vardır, lakin Allaha görə, habelə dinin, İslamın və inqilabın müdafiəsindən ötrü öz övlad və xanımına olan şiddətli məhəbbətindən keçir, bunları tərk edir və gedir.
Şəhid üçün şəhid olduğu an onun ilkin rahatlıq anı olsa da, ata-anası və həyat yoldaşı üçün ilk əziyyətləridir. Şəhid bu dünyadan gedəndə Allah qatında Allahın öz qonağı olur, ruzisini Allah özü verir və onun ilkin rahatlığıdır. Bəs ata, ana və həyat yoldaşı üçün necə? Əzizlərinin şəhid olduğunu eşidəndə onların iztirabları elə oradaca başlayır, daha bitmək bilmir.