Qərb dövlətləri müqavimət cəbhəsinə terrorist deyirlər. Bir halda ki, xalq Amerika küçələrinin birində Hizbullah bayrağını göyə qaldırdı. Dünya əhalisi bunları dəstəkləyir. Çünki bunlar müqavimətçi və zülmə qarışdırlar.
Deyirlər ki, siz nə üçün Fələstini dəstəkləyirsiniz? Bu gün bütün dünya Fələstini dəstəkləyir. Avropa küçələrində, Vaşinqton və Nyu-Yorkda xalq Fələstini dəstəkləyirlər.
Qəzza əhalisi ABŞ və Avropanın gözündə terroristdir. Xəbis, qondarma, qəsbkar və rəhimsiz bir dövlət 6 aya yaxın bir zamanda bir neçə min nəfəri uşaq olmaqla qırx minə yaxın insanı qətlə yetirirlər və onlar terrorist olmur, lakin onların bombardmanları altında qalan xalq isə terroristdirlər.
Həcc ziyarətinə Avropadan, Afrikadan, Asiyanın hər tərəfindən, filan siyasətə meyli olan ölkələrdən, ya başqa bir siyasətə meyli olan ölkələrdən gələnlər vardır və bir sözlə, hər cür insan gəlir. Dünya məsələlərindən yaxından agah olmağınız üçün əlinizdə meydan var, fürsət var, nəinki bu məlumatları hansısa yalan məlumatlarla dolu qəzetdən, ya bütün dünya boyu yalan məlumatlar, yalan şayiələr yayan və həqiqətləri əksinə göstərən xəbərlərdən ələ gətirəsiniz. Bunları yaxından bilə bilərsiniz. Həcc budur, təbii ki. Həccə bu baxış tərzi ilə baxmaq lazımdır.