19/02/2025
Yumşaq təhdid xalqın ictimai rəyini təhrif etmək, düşmən müqabilində müqavimət göstərməkdə şəkk və ixtilaf yaratmaq deməkdir. Düşmənlər bu işi görürlər, lakin Allahın lütfü ilə bu günə kimi nəticəyə çatmayıblar.
01/12/2024
Kitaba önəm və əhəmiyyət vermək kitab oxumağa əhəmiyyət verməkdən qaynaqlanır. Gərək cəmiyyət arasında kitab oxuma adət-ənənəsi yayılsın. Mənim nəzərimə görə, tənbəlliklərin ən pis və zərərlisi kitab oxumaqda olan tənbəllikdir. Kitab mütaliəsi cəmiyyətdə yayılmalıdır.
20/06/2023
Bəziləri deyirlər ki, hicab qadının inkişaf və tərəqqisi üçün maneədir. Xeyr, əksinə, hicab qadının inkişafının qarşısını alan yersiz özünü göstərmələri üçün maneədir. Bizim müxtəlif elmi, praktiki, ictimai, siyasi və texniki sahələrdə görkəmli və böyük qadınlarımız vardır ki, hamısı kamil hicabla həyat sürürlər.
31/08/2011
Ramazan ayında insanlar oruc tutdular. Oruc tutmaqla öz ruhlarında səfa əmələ gətirdilər. Həmin səfa, səmimiyyət və nuraniyyət insanın fərdi və ictimai həyatında bir çox bərəkətlərin mənbəyidir.