Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşlarına və övladlarına çətinliklərə dözdüklərinə görə təşəkkür edirəm. Çəkilən zəhmətlərin əsas yükü bu ağır çətinliklərə dözən Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşları və övladlarının çiynindədir.
Mən eşitdim ki, müsəlman ölkələrin bəziləri sionist rejimə silah verirlər, bəziləri də müxtəlif iqtisadi köməklik göstərirlər. Bəs, bunun qarşısını almaq millətlərin üzərinə düşən bir işdir. Millətlər (öz dövlətlərinə) təzyiq göstərə bilərlər.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər 19.11.2023-cü il tarixdə "Aşura" Elm və Texnologiyalar Universitetində iştirak edərək SEPAH-ın Aerokosmik Qüvvələrinin son nailiyyətlərinə baxış keçirdi.