İslam İnqilabının qələbəsindən sonra cəmiyyətdə bir çox fəzilətli qadınlar fəaliyyət göstərirlər. Onlar, qadın və ailə ilə bağlı məsələləri mediada bəyan etməyə hazır olmalı, həmçinin dünya səviyyəsində və İslam dünyasında böyük toplantılarda ayələrə, hədislərə və Nəhcül-Bəlağəyə əsaslanaraq ali dini məsələləri irəli sürə bilməlidirlər. Bu, həm ölkəni dünya çapında tanıdırmaqda, həm də İslam ümmətini icad etməkdə təsirli olacaqdır.
Burada bir hədis qeyd edim: "Bəlaları istiğfar etməklə (özünüzdən) uzaqlaşdırın". Bəla qapılarını istiğfar etməklə bağlayın. Bu oxuduğumuz "... Sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin" ayəsində də mövcuddur, yəni həyatın gözəl bəhrəsi Uca Allahdan bağışlanma və tövbə diləməklə əldə ediləcəkdir.