03/10/2024
Həzrət Ayətullah Xameneinin övladları Tehrana gələn bəzi Livan Hizbullah İslam müqaviməti döyüşçüləri və yaralılarına O Həzrətin nümayəndələri olaraq baş çəkiblər. 
25/08/2024
Hüseynçi cəbhə ilə zalımların cəbhələri arasındakı döyüş müxtəlif formalardadır. Bu döyüş qılınc və nizə dövranında bir cürdür, atom və süni intellekt dövründə isə başqa cür. Şeir, hədis və kəlamları ifadə edən təbliğat zamanında bir formada, internet, kvant və bu kimi vasitələrin dövründə də başqa bir formada.
25/08/2024
İmam Hüseyn Kərbəla səfərində Hüseynçi cəbhəsinin hədəfinin zülm müqabilində cihad etmək olduğunu müəyyən edibdir. Bu cəbhənin əks tərəfi sitəm, zülm və İlahi əhdi sındıran cəbhədir. Bu gün siz bu qarşıdurmanı dünyada müşahidə edirsiniz.
24/08/2024
Düşmənin hərbi meydana daxil olduqda yaratdığı psixoloji savaş  (müqabil tərəfdə) qorxu və geri çəkilməklə nəticələnir. Qurani-Kərim bu geri çəkilmənin, əslində, Allahın qəzəbinə səbəb olduğunu bəyan edib açıqlamışdır: "Hər kəs o gün o mövqedə (döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla) onlara arxa çevirərsə, mütləq, Allahın qəzəbinə düçar olar". Sizə hücum edən bir düşmənlə qarşılaşsanız (hücum edənlərin müxtəlif növləri var, məsələn, biri qılıncla və meydanda üz-üzə hücum edəndir, biri təbliğat hücumçusu, biri iqtisadi hücumçu, digəri isə yeni texnologiyalara malik hərbi hücumçudur), əgər qeyri-taktiki olaraq geri çəkilsəniz (əlbəttə, bəzən geri çəkilmək taktikidir, bəzi vaxtlarda geri çəkilməyin özü irəliləmək kimi bir taktikadır və bunun eybi yoxdur; Quran buyurduğu kimi, "...Döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla"), bu mövqelərdən başqa halda geri çəkilsəniz,  "Allahın qəzəbinə düçar olar".
22/07/2024
Müqavimət qüdrəti günbəgün daha çox özünü göstərir. Amerika kimi o əzəmətdə hərbi, siyasi və iqtisadi bir sistem qəsbkar sionist rejimin arxasında dayanmaqla bir müqavimət qrupu ilə döyüşürlər, lakin onları diz çökdürə bilmədilər.
20/01/2024
(Fələstinlilərin qələbəsi) Müqabilində qəsbkar sionist rejim dünya siyasətçiləri və dünyanın müsəlman, yaxud qeyri-müsəlman insanlarının nəzərində zalım, qaniçən canavar, rəhimsiz, məğlub, naümid və param-parçadır.
19/01/2024
Ümid edirik ki, bu mücahidlik, müqavimət və Yəmən xalqının fəaliyyətləri ta qələbəyə qədər davam etsin, Allah-təalanın izni ilə.
20/08/2023
Cihad və mücahidlik meydanında olmaq məsələsində də Ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədir. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır.