Ramazan ayının başlaması və yeni (şəmsi) il ərəfəsində Xübrəqan Məclisinin nümayəndələri 07.03.2024-cü il tarixdə cümə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
İslam Respublikasının vücuda gəlməsi dünyada iki qütblük yaradan bir zəlzələ idi. Bir cəbhə liberal demokratiya, bir cəbhə də İslama bağlı cümhuriyyət. Liberal demokratiyanın zatında zülm mövcuddur, lakin dinə əsaslanan xalqmehvər cəbhənin ən mühüm məsələsi zülmlə üz-üzə dayanmaqdır.
Zahiri ütülənmiş görünən Qərb siyasətçilərinin batini quduz it və qaniçən canavardır. Bu, Qərbin liberal-demokratiya sistemidir. Nə liberaldırlar, nə də demokrat. Yalan deyirlər və nifaq əsasında öz işlərini irəli aparırlar.
Bu gün dünyada iki cəbhə arasında qarşıdurma mövcuddur. Bir cəbhə İslam nizamıdır, digər cəbhə isə özünü liberal- demokratiya adlandıran yalançı cəbhə. Halbuki o nə liberaldır, nə də demokrat.