İmam Cavadın və İmam Rzadan ta Həzrət Mehdiyə (ə.f) qədər olan sonrakı bu üç imamın məqsədi bu idi ki, Ələvi və Qurani əsaslara dayanan bir hökumətin qurulmasının zəruriliyinə dair, sona çatmayan bir şiə əqidəsinin formalaşması üçün zəmin hazırlasınlar. Onlar bu əsasda bir təşkilat yaratmaq istəyirdilər. Bu təşkilat daxilində müəyyən bir düşüncə tərzini yaymaq, bu quruluşu o qədər möhkəmlətmək və bir-birinə elə bağlamaq istəyirdilər ki, İmam Zamanın (ə.f) qeybə çəkilməsi ilə bu quruluş dağılmasın. Bu, o dövrün xəlifələrinin ciddi şəkildə qorxduğu bir məsələ idi.
Seyid Əli Xamenei
17.08.1985
İmam_Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.
Seyid Əli Xamenei
08.05.1981
İmam Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.
Əgər İmam Hadinin (əleyhissalam) bu səyləri olmasaydı, bu gün biz “Ziyarəti-Camiə”yə malik olmazdıq və o ziyarətdə olan özünə xas maarif şiələrin əlində çatmayacaqdı.
Əksər imamlar tanınmayıblar. İmam Həsən Müctəba (ə) o əzəməti ilə tanınmayıbdır. Həzrət Museyi-Kazim (ə), Həzrət Hadi (ə) və İmam Cəfər Sadiq (ə) o böyüklükdə və fövqəladə təşkilatlanma ilə dünyada tanınmayıblar.
Bu üç imamın, yəni İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Əskərinin (ə) Mədinədən birbaşa İraqa gətirilməsinin, hər üçünün İraqda qalmasının, orada şəhid olmasının, (elə ordada da) dəfn olunmasının və eləcə də cavanlıq dövründə qətlə yetirilməsinin səbəbi bu idi ki, şiə təşkilatı bu üç imamın dövründə öz qüdrət zirvəsinə çatmışdı.
İmam Hadi və digər imamların (əleyhimussəlam) hamısı Allah hakimiyyətini və İlahi qanunları cəmiyyətlər üzərində bərqərar etmək xətti üzrə hərəkət ediblər. (Bu yolda) Səylər göstərildi, cihadlar edildi, əziyyətlər çəkildi. Bu yolda zindanlara, sürgünlərə, səmərəli və mənfəət dolu şəhidliklərə təhəmmül edilmişdir.