Seyid Həsən Nəsrullah mübariz və haqq tələb insanların ümid yeri və cəsarət mənbəyi idi. Onun məhəbbətinin miqyası Livan, İran və ərəb ölkələrindən kənara ötüb keçmişdi və hazırda onun şəhadəti bu təsiri daha da artıracaqdır.
Manesiz heç bir iş yoxdur. Bəziləri hər hansı bir maneə ilə rastlaşdıqda geri çəkilmək variantını seçirlər. Bu isə səhvdir. Çalışın ki, maneələri qət edəsiniz. Maneədən qorxmayın.
Düşmənə ümid bağlamayın. Proqramlarımız üçün düşmənin razılığa gəlməsini gözləməyək. Bu, bəzən düşmənlə əlaqəyə girməklə ziddiyyət daşımır. Lakin ona ümid bağlamayın, düşmənə etimadınız olmasın.
Mən gənclər üçün daim ümid məsələsi üzərində israrlıyam. Səbəb də budur ki, ümid həqiqətdə ölkənin gələcəyini zəmanət altına alır. Əgər kimsə bu günün gənc və yeniyetməsində ümid icad edərsə və ona ümid ötürərsə, həqiqətdə ölkə gələcəyinin formalaşmasına kömək etmişdir. Ümid formalaşdırmaq budur ki, onlara (ölkənin əldə etdiyi) inkişafları açıqlayın, müsbət tərəfləri izah edin və maraq doğuracaq gələcək planları bəyan edin.
Ümid edirəm ki, İslam ümməti dövlətlər arasındakı əlaqələrin genişləndirilməsi ilə öz şövkət və əzəməitini yenidən ələ gətirər və bütün imkan və potensialların bir arada yer alması bütün millətlərin, ölkələrin və İslam dövlətlərinin xeyrinə olar.
Ümid edirəm ki, siz cavanlar o günü (Sionist rejiminin aradan getməsi ilə Qüdsün azad olmasını) görəcəksiniz və inşallah, bu gerçəkləşəcək! Siz Allah-təalanın izni ilə onlar üçün (İslam düşmənlərinin mənfur maraqları üçün) əhəmiyyətli olan Qüdsdə namaz qılacaqsınız!
İsfahan şəhərində Məhərrəm əməliyyatı şəhidlərinin dəfn mərasimi və İsfahan xalqının fədakarlıq ildönümündə[1]
[1] Bu görüşün əvvəlində höccətil-islam vəl-muslimin seyyid Yusif Təbatəbai Nejad (İsfahan üzrə vəliyyi-fəqihin nümayəndəsi və imamcüməsi) bəzi mətləbləri bəyan edib.