17/12/2025
(Quran buyurur:) "Sevdiyiniz şeylərdən Allah yolunda infaq etmədikcə xeyrə nail olmayacaqsınız." Heç kəs Allah yolunda sevdiyini verməyincə, yaxşılığın zirvəsinə çatmaz. İnsan öz övladından çox nəyi sevir? Bunlar (şəhid anaları) bunu Allah yolunda verdilər.      Seyid Əli Xamenei    25.06.2023
14/12/2025
Qadın olaraq, evdarlıqda, həyat yoldaşına baxmaqda, övlad tərbiyəsində (Həzrət Zəhra) Zeynəb kimi bir şəxsiyyəti yetişdirib ərsəyə gətirdi, İmam Hüseyn və İmam Həsəni öz ağuşunda böyüdüb formalaşdırdı.      Seyid Əli Xamenei    03.12.2025
03/12/2025
Əgər bu böyük xanımı (Həzrət Fatiməni) bir cümlə ilə tanıtmalı olsaq, deməliyik ki, o, digər məsumlar kimi (Allahın) ərşinə mənsub kamil bir insandır, lakin (İlahi) ərş əhlindəndir. Biz, yer əhli (dünya adamları) insanın günəşə birbaşa baxa bilməməsi kimi, onların dərəcə, məqam və nuraniyyətini nə görməyə, nə də ona göz dikməyə qadir deyilik. Həzrət Fatimeyi-Zəhranın (s.ə) məqamı məhz bu ucalıqdadır.      Seyid Əli Xamenei    03.12.2025
03/12/2025
Mənəvi və İlahi maarifin dərinliklərinə qərq olan şəxs yer üzündən, insanlardan qafil deyil; (yəni) toy gecəsində öz gəlinlik libasını ehtiyac sahibi və fəqirə bağışlayır, üç gün yemək yemir və öz iftarını fəqirə verir, insanların işinə yetişir.      Seyid Əli Xamenei    03.12.2025
03/12/2025
Çətinlik və müsibətlərə dözməkdə kim Həzrət Fatimənin (s.ə) çəkdiyi müsibətlərə tab gətirə bilər? Bu zəmində də o, səmavi və ərş əhlindən olan insandır. Məzlumun haqqını şücaətlə müdafiədə, həqiqətləri bəyan etməkdə, siyasi dərk və əməlində (misilsiz idi). Bunların hamısı Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.formalaşdırdı.      Seyid Əli Xamenei    03.12.2025
21/09/2025
Qoyun evlilik müsəlman bir qız üçün Fatimeyi-Zəhranın (əleyha əs-salam) evliliyi kimi olsun. Yəni mömin kişi və xanım arasında İlahi eşq və bənzərsiz şövqlə düyünlənmiş, həmçinin İlahi və şərif olan iki ünsür arasında sözün həqiqi mənasında yoldaşlıq əsasında olmaqla yanaşı, bütün cah-cəlaldan, təmtəraqdan, puç və mənasız şöhrətlərdən uzaq bir evlilik olsun.   16.01.1990
16/09/2025
Biz insanlar arasında başqa problemlərdən biri də aşırı həddə təmtəraq dalınca olmaqdır. Məhz təmtəraq dalınca olmaqdır ki, evliliklərdə problem yaradıb. İstər gənc oğlan, istərsə də gənc bir qız evlilik yaşında evlənməyə qadir deyildir. Nə üçün? Çünki ata-anası qohumları arasında, məsələn, filan cür mehriyyə, filan cür cehiz, filan cür təmtəraq və qonaqlıqlara görə üzə düşüblər. Bunlara görə evlilik xərcləri çoxalıb. Belə bir təmtəraqlıq müsabiqəsindən uzaqlaşmaq lazımdır. Bir dəstə bu cür təmtəraqlıq ardınca olmaq müsabiqəsini başladıblar. Özünüzü bu müsabiqədən kənarlaşdırmalısınız və bu bizim işlərimizdə olan eyiblərdən biridir.   Seyid Əli Xamenei  21.03.2023
16/08/2025
Sionist rejimi İki ildən az bir müddətdə təxminən iyirmi min uşağı şəhid edib və onların ata və analarını yasa boğub. Amma insan hüquqları şüarı verənlər bunu seyr edirlər.
29/07/2025
Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi. Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
26/06/2023
Şəhidin balaca övladları vardır,–təbii ki, cavandır və iki-üç övladı vardır,– bunlara bağlıdır, xanımına bağlıdır, ata və anasına məhəbbəti vardır, lakin Allaha görə, habelə dinin, İslamın və inqilabın müdafiəsindən ötrü öz övlad və xanımına olan şiddətli məhəbbətindən keçir, bunları tərk edir və gedir.  
26/06/2023
Şəhid üçün şəhid olduğu an onun ilkin rahatlıq anı olsa da, ata-anası və həyat yoldaşı üçün ilk əziyyətləridir. Şəhid bu dünyadan gedəndə Allah qatında Allahın öz qonağı olur, ruzisini Allah özü verir və onun ilkin rahatlığıdır. Bəs ata, ana və həyat yoldaşı üçün necə? Əzizlərinin şəhid olduğunu eşidəndə onların iztirabları elə oradaca başlayır, daha bitmək bilmir.
03/06/2023
İnqilab Rəhbəri 2044 Səbzivar şəhidləri və eləcə də 2498-dən çox Nişapur şəhidlərinin Milli Anım Konqresi iştirakçıları və bu iki şəhərin bir qrup şəhid ailəsi ilə görüşüb.
03/06/2023
Şəhidin xatirəsini qorumaq cihaddır, şəhid yetişdirənin xatirəsini qoruyub saxlamaq da cihaddır. Şəhidi yetişdirən kimdir? Həqiqətdə o, ata, ana, müəllim, şəhidin həyat yoldaşı və yaxşı dostdur. Onu hansı şəkildə qorumaq lazımdır? Kitab, yazıçılıq, divar rəsmləri və s. ilə. Bunların hamısı yaxşıdır, amma buna nail olmağa çalışın və incəsənəti bu işin xidmətində qərar verin.