06/03/2023
Fidanların əkilməsi, ətraf mühitin qorunması məsələsi təkcə bizim ölkəmizə aid olmayan ən mühüm məsələlərdəndir. İnşallah, xalqın səyi və qurumların köməyi ilə "Hər bir iranlı üç ağac fidanı əksin" şüarı hər il gerçəkləşsə, qarşıdakı 4 ildə bir milyard fidan əkilmiş olar.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 06.03.2023
24/02/2023
İbadət, təvəssül və münacat ayı olan Şaban ayına daxil olduq. Bu ayın duasında belə oxuyuruq: " Mənim səsimi eşit, o zaman ki sənə dua edirəm, eşit mənim fəryadımı, o zaman ki səni səsləyirəm". Bu ay Uca Allaha dua mövsümü, bu pak qəlbləri əzəmət mədəninə, nur mədəninə bağlama mövsümüdür. Bunun qədrini bilmək lazımdır.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 12.06.2013
24/02/2023
1990-cı ildə— İmam Xomeyninin vəfatından bir il sonra bir qrup İranın məhv olmaq üzrə olduğunu elan etdi. Necə ki, 1990-cı ildə belə idi, indi də bəziləri öz kimlikləri məhv olmaq üzrə olduğu üçün vəziyyəti bu cür görürlər.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 23.02.2023
24/02/2023
Əgər sanksiyalar olmasaydı, biz bu sənaye və texniki nailiyyətlərə yiyələnməzdik. Müdafiə, sənaye və tibb sahələrində yeni imkanlar əldə edə bilməzdik. Onlar avadanlıq satmırdılar, elm və texnologiyanın bizim əlimizə çatmasına imkan vermirdilər. Çarəsiz özümüz hərəkət keçməli olduq.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 23.02.2023
23/02/2023
Cəmiyyət üzvləri arasında mehribanlıq, paklıq və səmimiyyət Besətin insan həyatını rəhmli və mərhəmətli edən başqa bir xəzinəsidir. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
Əzəmətli peyğəmbərin besəti Allahın bəşəriyyətə verdiyi ən böyük hədiyyədir. Bunun səbəbi isə Besətin axirət aləmindən əvvəl bu dünya həyatında bəşəriyyətin xöşbəxtliyini təmin edə biləcək sonsuz xəzinələrə sahib olmasıdır. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
İslam peyğəmbərinin besətində çox mühüm dərs və xəzinələrdən biri də bədxahlar qarşısında nüfuz olunmaz və sərt olmaqdır. İnsan cəmiyyətləri düşmənlərinin nüfuzları nəticəsində zərbəyə məruz qalırlar. Nüfuzun cəmiyyətdə yayılmasına imkan verməyin. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
Məbəs bayramı münasibətilə dünyanın bütün haq ardınca olanları və müsəlmanlarını təbrik edirəm. Əgər besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçilməyi) nidası haq ardınca olanlara çatsa əlbəttə onların qəlblərini özünə cəzb edəcək Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
Müqavimət İslam peyğəmbərinin besətində mövcud olan xəzinələrdən biridir. Müqavimət məqsədə çatmağın sirridir. Siz, istər dünyəvi, istərsə də axirətə aid olan bütün hədəflərinizə müqavimətlə çata bilərsiniz. Müqavimətsiz bunu etmək olmaz. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
Xübrəqan Məclisinin nümayəndələri İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
21/02/2023
Həyat yoldaşı rolunu ifa edən qadın ilk növbədə aramlığın təzahürüdür. Quran bu barədə belə buyurur: “Yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən odur”. Bu ayədə aramlığa işarə olunub. Həyat təlatümdən ibarətdir. Kişi bu həyat dəryasında daim təlatüm içərisində və işlə məşğuldur deyə evə qayıdanda aramlığa ehtiyac duyur. Bu aramlığı evdə qadın yaradır. Quran “Yanında rahatlıq tapması üçün” dedikdə, yəni kişinin öz qadını yanında aramlıq hiss etməsini bildirir. Qadın aramlıq yaradan bir amildir.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 04.01.2023
15/02/2023
1978-ci ilin 18 Fevral tarixində Təbriz əhalisinin tarixi qiyamının ildönümü ərəfəsində bu gün səhər (çərşənbə) Şərqi Azərbaycandan olan əhalinin bir qrupu İslam İnqilabının Rəhbəri ilə görüşüblər
11/02/2023
Fəcr ongünlüyü əslində İmam Xomeyni və İslamın bu ölkədə bizim üçün təsvir etdiyi imamətin dünyaya gəldiyi gündür. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 01.01.1991
11/02/2023
Bəhmən ayının iyirmi ikisi (11 Fevral) Qədir Xum bayramı hökmündədir. Çünki o gündə vilayət neməti, ilahi nemətin tamamlanması və təkmilləşməsi İran milləti üçün əməli və zahiri bir gerçəkliyə çevrildi. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 24.01.1990
11/02/2023
Fəcr ongünlüyü əslində İran xalqının qurtuluş dövrüdür və keçmişi gələcəkdən ayıran tariximizin bir hissəsidir. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 01.01.1991
11/02/2023
22 Bəhmən (11 Fevral) hadisəsi və inqilabın qələbəsi İran millətinin təhqir olunmasının sonu oldu. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 10.02.2002
11/02/2023
22 Bəhmən (11 Fevral) yürüşü dünyada bənzərsiz bir hadisədir. Heç bir ölkənin böyük və kiçik şəhərlərində belə bir cəmiyyət heç bir mərasimdə görülməyib. Bu, sizə məxsusdur. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.02.2004
11/02/2023
İran milləti hər il Bəhmənin 22-də (Fevralın 11-də) öz hərəkəti ilə düşməni öz yerində saymağa və onları geri çəkilməyə məcbur edib. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 07.02.2005
30/11/2022
Ayətullah Xameneinin 4 noyabr "Məktəbli şagirdlər" və "Beynəlxalq hegemonluqla mübarizə günü" ndə məktəbli şagirdlərlə görüşündəki çıxışı
29/11/2022
Biz mövlamız Əli əleyhissəlam kimi məzlumuq, amma eyni zamanda da güclüyük. Biz müzəffərik və qüdrətliyik, inkişaf edərək irəli gedə və islamın bayrağını qoruyub saxlaya bilərik.
29/11/2022
Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin 4 Noyabr Məktəbli Şagirdlər Günü və həmçinin Beynəlxalq Hegemonluqla Mübarizə Günündə məktəbli şagirdlərlə görüşündəki çıxışı