Hidden in list: 
Show in list
Əhli-beytə mərifətdən doğan Kərbəla eşqi Plakat

Əhli-beytə mərifətdən doğan Kərbəla eşqi

Əhli-beytə mərifəti olan kəslərin qəlbində Kərbəla eşqi və şövqü diridir.
Şiə cəmiyyəti üçün ən böyük nemət olan əzadarlıq Plakat

Şiə cəmiyyəti üçün ən böyük nemət olan əzadarlıq

Bizim şiə cəmiyyəti üçün ən böyük nemətlərdən biri İmam Hüseynin (ə) xatırlanması və yad olunması, yəni əzadarlıq məclisləri, Məhərrəmlik və Aşura nemətidir.
Aşura dərsi böyük İslam inqilabıdır Plakat

Aşura dərsi böyük İslam inqilabıdır

Aşura dərsləri siz İran millətinin zamanın Hüseyni sayılan şəxsin və Əba Əbdillahın (ə) övladı arxasında həyata keçirdiyiniz həmin böyük və əzəmətli inqilabdır.
Aşura qiyamının qələbəsi Plakat

Aşura qiyamının qələbəsi

Kim deyə bilər ki, İslam aləmi, İslam tarixi və İslami düşüncə Hüseyn ibn Əlinin (ə) şəhadəti ilə ziyana uğradı?! Bəşəriyyət tarixinin böyük şəxsiyyəti və məsum imamı olan Hüseyn ibn Əli (ə) insanların əlindən çıxdı, lakin İslamın qalıcılığı onun coşan pak qanı ilə zəmanətləndi.
Aşura dərsləri və mesajları Plakat

Aşura dərsləri və mesajları

Aşuranın mesaj və dərsləri vardır. Aşura dərs verir ki, dinin qorunmasından ötrü fədakarlıq göstərmək gərəkdir, Quran yolunda hər bir şeydən keçmək lazımdır. (Aşura) Dərs verir ki, haqla batil arasındakı döyüş meydanında hər kəs: böyük-kiçik, qadın-kişi, cavan-qoca, yuxarı və ya aşağı təbəqəli (insanlar), imam və rəiyyət bir cərgədə yer alırlar. Dərs verir ki, düşmən cəbhəsi bütün zahiri imkanlarına baxmayaraq, asanlıqla zərbəyə məruz qalandır. Necə ki, Bəni-Üməyyə cəbhəsi Aşura əsirləri karvanının vasitəsi ilə Kufədə, Şamda, Mədinədə zərər gördü və nəhayət, bu macəra Süfyani cərəyanının aradan getməsi ilə nəticələndi.
Məhərrəm ayı Plakat

Məhərrəm ayı

Məhərrəmlik təkcə Aşura ongünlüyü deyil. Tarixdə Məhərrəm ayında əzəmətli bir hadisə baş verdi ki, bu hadisə tamam olan deyildir.
Zirvələrə yaxınlaşmışıq Plakat

Zirvələrə yaxınlaşmışıq

Bu gün cihadi şəkildə, gecə-gündüz və yorulmadan işləmək ölkənin bütün məsullarının öhdəsində olan vəzifədir. Biz kifayət qədər hərəkət edib üzüyuxarı və kəskin yoxuşu keçib zirvələrə yaxınlaşmışıq. Yorulmamalıyıq, bu gün yorulmaq və naümid olmaq zamanı deyil. Bu gün şövq, ümid və hərəkət zamanıdır.
Əsrlər boyu Aşura hadisəsinin təbliğinin nəticəsi Plakat

Əsrlər boyu Aşura hadisəsinin təbliğinin nəticəsi

Əgər millətimiz əsrlər boyu Aşuranı bu cür israrla təbyin və bəyan etməsəydilər, mümkün idi ki, bu əhəmiyyətli hadisə yaddaşlardan silinər, yaxud da həqiqətdə baş verənlərdən daha zəif göstərilərdi.
Məhərrəmlik zamanı təbliğ Plakat

Məhərrəmlik zamanı təbliğ

Mən Məhərrəmlik ayında təbliğ etmək haqqında bir şey qeyd etmək istəyirəm. Mümkündür, bəziləri desinlər ki, əgər siz İmam Hüseynin (ə) hərəkatını bəyan etmək istəyirsinizsə, çox yaxşı, gedin bəyan edin, amma daha bu rövzəxanlıq, ağlayıb-sızıldamaq nədir? Gedin oturun bəyan edin ki, Həzrət filan işi gördü, bəhmən işi etdi və hədəfi də bu idi. Bu, çox səhv bir fikirdir, yanlış bir baxışdır. (Çünki) Bu Allah dostlarına, din dostlarına olan atifə və duyğu, bu emosianal bağlılıq fikri və əməli bağlılıq üçün çox dəyərli bir arxa-dayaqdır. Bu arxa-dayaq olmasa, bu yolda hərəkət etmək çox çətin olar. Belə atifi bağlılıq çox mühümdür.
İlahi hökumət, yəni kamilliyə aparan yol Plakat

İlahi hökumət, yəni kamilliyə aparan yol

Bir insanı və bir bəşər cəmiyyətini səadətə çatdıracaq hər nə varsa, Peyğəmbər (s) onların hamısını bəyan etdi. Təkcə bəyan etməklə kifayətlənmədi, bunları əmələ keçirdi və tətbiq də etdi. Bəli, Peyğəmbərin (s) zamanında İslam hökuməti və cəmiyyəti təşkil olundu, İslam iqtisadiyyatı, İslami cihad bərpa olundu, İslami zəkat (müsəlmanlardan) yığıldı və bir İslam ölkəsi və İslam nizamı quruldu. Bu nizamın qurucusu və bu qatarı bu xətdə idarə edən Peyğəmbər (s) və (ondan sonra) onun yerində oturan şəxsdir. Xətt də aydın və müəyyəndir. İslam cəmiyyəti və müsəlman şəxs bu xətdə, bu istiqamətdə və bu yolda hərəkət etməlidir. Çünki belə bir hərəkət baş tutarsa, o zaman insanlar kamala çatar, saleh və mələk xislətli olarlar, insanlar arasında zülm aradan gedər, pislik, fəsad, ixtilaf, yoxsulluq və cəhalət yox olar, habelə bəşər kamil xoşbəxtliyə yetişər və Allahın kamil bəndəsi olar.